Aldadılmış mühafizəçilər Prezidentə müraciət etdilər

“Azər” Mühafizə İdarəsinin Qazax şöbəsinin işçiləri musavat.com saytına məktub ünvanlayıblar. Məktubda yazılıb ki, 190 nəfər aldadılmış mühafizə işçiləri prezidentə müraciət edirlər.

Müraciətdə deyilir: "Hörmətli prezidentimiz. Məlumunuz olsun ki, Bakıda 2014-cü ildə Vüqar Hüseynov adlı bir nəfərin başçılığı altında Daxili İşlər Nazirliyinin lisenziyası əsasında 5 il müddətinə "Azər Mühafizə İdarəsi" adlı bir qurum yaranmışdır. Həmin idarənin bir şöbəsi kimi 2014-cü ilin aprelindən Qazaxda Elxan İsmayılovun rəhbərliyi altında "Mühafizə İdarəsi" fəaliyyətə başlamışdı. Bir neçə ay ərzində Qazax şəhərinin özündən, eləcə də rayonun kəndlərindən bir çox gənclər aldadılaraq, 500 manatdan başlayaraq 3000 min manata kimi depozit qoymaqla hər bir vətəndaşa qoyduğu depozitə əsasən 480 manat, 980 manat və s. məbləğdə aylıq maaşlar veriləcəyi bildirilmişdi. İşsiz olan biz gənclər onların şirnikləndirici vədlərinə inanaraq, istədiyi məbləği ona ödəmişik. Bəzilərimiz banklardan kredit götürüb, həmin məbləği verib. Aramızda borc alaraq, öz ev heyvanlarını sataraq depozit qoyanlar da var.

Böyük ustalıqla bizi aldadan Bakıda Vüqar Hüseynov, Qazaxda isə Elxan İsmayılov bəzilərimizə 2 aylıq, bəzilərmizə 4 aylıq əmək haqqı veriblər. Nəhayət hər şeyin üstü açıldı. Aylıqlar dayandırıldı. Qazaxda açılan Mühafizə İdarəsi biz işçilərə 10 ay müddətində cəmi 4 aylıq əmək haqqı verib .2014 -cü ilin Noyabr ayından bəri isə aylıq əmək haqları dayandırılmışdı. "Azər Mühafizə İdarəsi" nin Qazax şöbəsinin 190 nəfər işçisi var 5 il müddətinə lisenziya almış bu qurum sən demə ki, yalan, fırıldaq, rüşvət üstündə qurulmuşdur. Azər Mühafizə İdarəsinin rəisi Vüqar Hüseynov tərəfindən mənimsənilən bizim pullarımız geri qaytarılmır. Məlumunuz olsun ki, Vüqar Hüseynovun törətdiyi əməllər barədə demək olar bütün müvafiq orqanların xəbəri var, lakin heç biri iş görülmür.

Hörmətli prezidentimiz Sizdən xahiş edirik biz gənclərin haqlı şikayətlərinin baxılmasına, bizim pullarımızın qaytarılmasına ,cinayətkarların layiqli cəzalarını alması üçün ciddi göstəriş verəsiniz.

Müraciəti imzaladılar:

1. Dərziyev Qoşqar Məhəmməd oğlu Orta Salahlı kəndi AZE№ 08307545.

2.Daşdəmirov Samir Z- Qazax şəhəri AZE № 13068817

3.Əliyev Xəqani Ülfət oğlu-Koslar kəndi AZE № 14533463

4.Həsənov Elxan E.-Qazax şəhəri AZE № 06375836

5.Rüfət Salmanov Şahvələd oğlu -Aşağı Sahlı kəndi AZE № 07896768

6.Məmmədov Mövlə İsrayıl oğlu -Birinci Şıxlı kəndi AZE № 06746502

7.Vəliyev Emil Fəramiz oğlu -Birinci Şıxlı kəndi AZE № 07394331

8.Məmmədov Emil Ziyadxan oğlu -Birinci Şıxlı kəndi AZE № 05148159

9.Hacıyev Araz Yusif oğlu Birinci Şıxlı kəndi AZE № 07394495

10.Nəsibov Rauf Rafiq oğlu Birinci Şıxlı kəndi AZE № 07394639

11.Eyyubov Mikayıl Elxan oğlu Daş Sahlı Kəndi AZE №13411303

12.Qurbanov Zülfüqar Xıdır oğlu Birinci Şıxlı kəndi AZE № 09567876

13.Balcanov Famil Alı oğlu Birinci Şıxlı kəndi AZE №07394993

14.Yusibov Ülfət Ramiz oğlu Birinci Şıxlı kəndi AZE № 08304753

15.Bayramov Arzuman Yusif oğlu Yuxarı Salahlı kəndi AZE № 08098273

16.Xaşalov Abbas Əhməd oğlu Yuxarı Salahlı kəndi AZE № 07899261

17.Rəfiyev Ziya Faiq oğlu Qazax rayon AZE № 13068809

18.Mustafayev Elvin Sərhəd oğlu Ağstafa rayon Həsənsu kəndi AZE № 08558900

19.Həmşəyev Yaşar Süleyman oğlu Xanlıq kəndi AZE№ 14532364

20.Abdullayev Söydümalı Hümbət oğlu Yuxarı Salahlı kəndi AZE № 07899977

21.Qocayev Məhəmməd Söhrab oğlu Birinci Şıxlı kəndi AZE№ 06747590

22.Qurbanov Qurban Comərd oğlu Kosalar kəndi AZE № 14103038

23.Vəlizadə Tural Nəsir oğlu Kosalar kəndi AZE № 07392196

24.Kəlayev Vahid Fərhad oğlu Yuxarı Salahlı kəndi Aze № 14103379

25. Vəliyev Araz Fəxrəddin oğlu -Birinci Şıxlı Kəndi--AZE № 13410769

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar