Netanyahunun xanımının qanunsuz qazanc əldə etdiyi aşkarlanıb

İsrail Baş naziri Binyamin Netanyahunun həyat yoldaşı Saranın su şüşələrinin depozit gəlirlərini geri alaraq qeyri-qanuni qazanc əldə etdiyi iddia edilir. Axar.az xəbər verir ki, 17 martda İsraildə keçiriləcək seçkilər öncəsi belə bir iddianın ortaya atılması Netanyahun sərt reaksiyasına səbəb olub.

"Haaretz" qəzeti Sara Netanyahu əleyhinə istintaq işinin aparılmalı olduğu barədə xəbər yayımlayıb.

Netanyahu məsələ ilə bağlı açıqlamasında ona şər atıldığını bildirib:"Bunlar mənə və yoldaşıma atılan yanlış ittihamlardır. Likud Partiyasını devirib, yerinə sol iqtidar partiyasını gətirmək istəyirlər".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar