İŞİD ikinci yapon girovunu da edam etdi

İŞİD terror təşkilatı ikinci yapon girovu Kendzi Qotonun da başını kəsib. Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq videoyazi artıq terrorçular tərəfindən sosial şəbəkədə yerləşdirilib.

Bu barədə qruplaşma üzvlərinin internetdəki fəallığının monitorinqini aparan SİTE təşkilatı məlumat yayıb.

Xatırladaq ki, ötən həftə İŞİD-çilər buraxılması üçün 200 milyon dollar tələb elədikləri başqa bir yapon girovu edam eləmişdilər. Az sonra onlar şərti dəyişdilər və ikinci yaponun buraxılması üçün Yaponiya hökumətinə İordaniya ilə anlaşıb, ordakı türmədə saxlanılan terrorçu qadın Sacida ər-Rişavinin azad edilməsini istəmişdilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar