Baş nazir ağladı

Yaponiya baş naziri Sindzo Abe “İŞİD” terror qruplaşmasının girov götürdüyü ikinci Yaponiya vətəndaşı Kendzi Qotonu edam etməsi xəbərinə münasibət bildirərkən ağlayıb.

APA-nın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, baş nazir bu terrora qarşı çox qəzəbli olduğunu qeyd edib: “Heç bir formada qəbul edilməsi mümkün olmayan bu hadisəni şiddətlə qınayaıram. Biz terrorçuları əsla əfv etməyəcəyik. Beynəlxalq birliklə birgə İŞİD-dən bütün törətdiklərinin hesabını soruşmaq üçün çalışacağıq”.

Qeyd edək ki, İŞİD 10 gün əvvəl yaydığı videoda girov götürdüyü iki Yaponiya vətəndaşının azadlığa buraxılması üçün 72 saat ərzində 200 mln. ABŞ dolları tələb edib.

Buna səbəb isə hadisədən bir neçə gün əvvəl Yaponiyanın baş naziri Sindzo Abenin İŞİDlə mübarizə aparan ölkələrə 200 mln. dollar ayrılacağı barədə qərar verməsi olub.

Verilən müddət bitdikdən sonra isə girovların edam edilməsinin videoları yayılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar