"Ona siyasi və ictimai həyatda yer yoxdur" - Abbas Abbasova ultimatum

"Həmin insanlar sırf öz maraqları və ambisiyalarına görə, iki dövlət arasındakı dostluq münasibətlərini bir qələmlə silməyə razı olanlardır"

ÜmumRusiya Azərbaycanlıları Konqresinin Ulyanovsk regional nümayəndəliyi "AzərRos" Ağsaqqallar Şurasının keçmiş sədri Abbas Abbasovun son günlər tutduğu anti-Azərbaycan mövqeyinə və "AzərRos"un saytında yerləşdirilmiş Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna qarşı təhqir dolu yazıya etiraz bəyanatı ilə çıxış ediblər.

Moderator.az urovak.ru saytına istinadən həmin müraciəti rusdilli oxuculara təqdim edir:

Ümumrusiya Azərbaycanlılar Konqressinin

Ulyanov Regional Bölməsinin üzvlərindən

Rusiya azərbaycanlılarına açıq müraciət

Bu günlərdə FNKA AzərRos-un rəsmi saytında Azərbaycan Respublikasının Rusiyadakı səfirliyinin fəaliyyətini qınayan məqalə dərc edilib. Məqaləyə əsasən, səfirliyin rəhbərliyi müxtariyyət daxilində parçalanma yaradır və bununla da Rusiyadakı azərbaycanlıları nüfuzdan salır. Bu məqalələr ciddi daxili münaqişə zəmnində ortalığa çıxıb və həmin məqalələr əslində FNK-nın fəaliyyətinə təsir etmək məqsədi daşıyır. Böyük ehtimalla bu Ağsaqqallar Şurasının keçmiş başçısı Abbas Abbasovun nəzər nöqtəsinin bəhrəsidir.

Biz, Ümumrusiya Azərbaycan Konqresinin Ulyanovsk Regional Bölməsinin üzvləri, (ÜAK URB) heç də digər bir təşkilatın işlərinə qarışmaq və ya müdaxilə etmək istəmirik. Bunu da etməyəcəyik. Lakin baş verənlər bizi, Rusiya azərbaycanlıları kimi narahat etməyə bilməz. Çünki biz azərbaycanlılar burada məhz Azərbaycanın nüfuzu üçün fəaliyyət göstəririk. Biz istənilən bir təşkilata və birliyə, eyni zamanda Azərbaycan və Rusiya dövlətləri arasında dostluq yaratmağa müvəffəq olan həmin təşkilatın rəhbərliyinə uğur arzulayırıq. Biz istəyirik ki, bizi Rusiyada düzgün, məsuliyyətli, sözübütöv və dərrakəli bir vətəndaş kimi qəbul etsinlər, iradələri möhkəm bir qüvvə kimi tanısınlar. Lakin tanınmış bir təşkilatın rəsmi saytı açıq şəkildə insanların ünvanına, xüsusən də Azərbaycan Respublikasının Prezidenti tərəfindən Rusiyada səlahiyyətləndirilərək Azərbaycanın maraqlarını təmsil edən diplomatlara qarşı təhqirəmaiz ifadələr işlədilməsinə yeganə mümkün qiymət verə bilərik-bu dağıdıcılıqdır. Bu bizim xalqımızın nüfuzuna zərər vermək üçün hesablanıb. Bu hərəkət ilk növbədə bizim illərlə əldə etdiyimiz dostlıuq münasibətlərinə və bu münasibətlərin möhkəmlənməsinə hesablanmış fəaliyyəti bir qələmlə silmək deməkdir! Qərara gəlinib ki, bu məqalələrin saytda dərc edilməsinə qərar verən insanlar ilk növbədə bütövlükdə Azərbaycana və azərbaycanlılara zərər vermək məqsədi güdənlərdir. Həmin insanlar sırf öz maraqları və ambisiyalarına görə, iki dövlət arasındakı dostluq münasibətlərini bir qələmlə silməyə razı olanlardır. Biz onları dayanmağa və öz xalqına zərər verməkdən vaz keçməyə çağırırıq!

Ümumrusiya Azərbaycan Konqresinin Ulyanov Regional Bölməsi Ulyanov əyalətində 10 ilə yaxındır fəaliyyət göstərir və bu zaman ərzində bir çox nailiyyətlər əldə edə bilmişdir. Bu nailiyyətlərdən ən böyüyü odur ki, Rusiyada ilk olaraq ümumilli Liderimiz Heydər Əliyevin abidəsini ucaltmağa müvəffəq olmuşuq. Eyni zamanda qeyd etməyə bilmərik ki, Rusiya və Azərbaycan prezidentlərinin bizim şəhəri ziyarət etməsi də təqdirə layiq hadisədir. Biz bütün xırda və böyük işlərimizdə Azərbaycanan Səfirliyinin böyük dəstəyini həmişə hiss etmişik. Qeyd edim ki, biz bundan sonra da Azərbaycan səfirliyinə müdrik tövsiyyələr almaq üçün müraciət edəcəyik. Biz FNKA Azər Rosun Ulyanovda şöbəsinin yaradılması məsələsini eşidəndə sevinmişdik və bu xəbəri çox doğru addım kimi qəbul etmişdik. Çünki birgə fəaliyyət göstərərək Azərbaycanlıların nüfuzunun daha da artıracağımıza inanırdıq. Amma təəssüf ki, gözləntilərimizin əksinə olaraq "AzərRos"un Ulyanov şöbəsi yaradılan gündən bizimlə əməkdaşlıq etmək əvəzinə, bizə qarşı fəaliyyət göstərməyə başladı. Açıq şəkildə sifariş olunan yazıları şübhəli mətbuat orqanlarında dərc etdirməklə FNKA-nın Ulyanov şöbəsinin rəhbərliyi bizə dəfələrlə şər və böhtan atıldı. Bu günə qədər Ulyanov azərbaycanlıları yerli ictimaiyyətin gözündə vahid bir cəmiyyət kimi görünürdü. Həmin hərəkətlərdən sonra isə bir dəfələrlə bu kimi fikrləri eşitmək məcburiyyətində qalırıq: “Başqa bir ölkəyə gəlib yaşamaqlarını bəs deyilmiş kimi öz aralarındakı məsələni də burada həll edirlər!” Ona görə də AzərRos-un bu cür hərəkəti bizim xalqın nüfuzuna böyük zərbə vurdu. Biz prinsip etibarilə onlarla mübahisə etməkdən çəkindik. Və bu günə kimi biz öz opponentlərimizin bütün hücum və təhqirlərinə cavab verməmişik. "AzərRos"un rəhbərliyinə sadəcə xəbərdarlıq etmişik. Sadəcə onlar heç zaman bütün bu xəbərdarlıqlara əhəmiyyət verməyiblər. ÜAK-nin aktivistlərinin sözlərinə görə, hamıya məlumdur ki, azərbaycanlılar arasında mübahisə, ikitərəlik, parçalanma yaradan elə AzərRos-un özüdür. Yaxşı ki, nəhayət o təşkilatın daxilində kirli siyasi oyunların oynanılmasından bezən şəxslər tapıldı. Həmin adamlar bu gün dəyişiklik tələb edirlər. Azərbaycan və Rusiyanın adına real işlər görmək istəyirlər. Biz istəyirik ki, bu muxtariyyətlə nəhayət ki, onun nə üçün yaradıldığını dərk edənlər məşğul olsun və bütün Rusiya azərbaycanlılarını vahid bir yumruq kimi birləşdirə bilsin. Buna görə ilk növbədə ictimaiyyət qarşısında sərgilənən münasibətlərin həllini toparlamaq lazımdır. Azərbaycan və azərbaycanlıları nüfuzdan salmaq lazım deyil! Bəsdirin! Kim ki, bütün bunlarla razı deyil, ona siyasi və ictimai həyatda yer yoxdur!

Bütün həmvətənlərimizi qardaşlıq, dostluq və qonşuluq naminə birləşməyə çağırırıq. Gəlin öz xalqımızın nüfuzunu və müxtariyyətini möhkəmləndirək. Bizləri parçalayan nə varsa ona qarşı birlikdə mübarizə aparaq!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar