Azərbaycanın Rusiya ilə Sərhəd Keçid Məntəqəsində biabırçılıq - FOTOLAR

Son dövrlərdə Rusiyada baş verən proseslər rublun dəyərdən düşməsi ilə nəticələnib.

Ona görə də, ticarətlə məşğul olan bəzi şəxslərin, o cümlədən, azərbaycanlıların maliyyə itkilərindən nisbətən yayınmaq üçün Rusiya ilə Azərbaycan arasında yerləşən sərhəd keçid məntəqələrinə axın etdikləri müşahidə olunur.

Ticarətlə məşğul olan bəzi şəxslər Rusiyadan aldıqları malları sərhəd keçid məntəqələrindən Azərbaycana keçirərək ölkəmizdə daha baha qiymətə satmağa çalışırlar.

Bu barədə musavat.com-a məlumat verən əməkdaşımız Elşən Məmmədəliyevin bildirdiyinə görə, hazırda Qusarda yerləşən məntəqənin önündə insan izdihamı yaşanır.

Əməkdaşımız onu da bildirib ki, əvəllər məntəqədən 50 kq mal keçirməyə icazə verilirdi. İndi isə bu normanı aşağı salıb, 10 kq ediblər.

Bu prosesdən adi vətəndaşlar daha çox əziyyət çəkirlər. Çünki, Sərhəd Keçid Məntəqəsində növbə gözləyən insanların bir qismi ticarətlə məşğul olmaq istəyənlərin sırasına daxil deyillər. Ancaq bu izdihamda onların sərhəddən keçmə imkanları məhdudlaşdırılır və onlar bundan əziyyət çəkirlər, zaman itkisinə məruz qalırlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar