Hərbçilər prezidentə qarşı

Ukraynada könüllü döyüşçülərdən ibarət batalyon paytaxt Kiyevdə Maydanda etiraz aksiyası keçirirlər.ANS PRESS-in məlumatına görə, döyüşçülər prezident Pyotr Poroşenkonun istefasını tələb edirlər.

Mitinqdə iştirak edən "Umumukrayna qardaşlıq batalyonu" bəyan edib ki, Ali Rada dövlət başçısının impiçmentini elan etməli, və onun toxunulmazlıq hüququnu ləğv etməlidir.

Bundan başqa könüllü döyüşçülər tələb edirlər ki, ölkədə müharibə vəziyyəti elan edilsin."Biz bütün komandirləri ayağa qalxmağa və hökuməti devirməyə çağırırıq", - deyə etirazçılar bildirir.

Son məlumatlara görə, Maydanda etiraz edən döyüşçülərin sayı təxminən 500 nəfərdir. Onların sayının artacağı gözlənilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar