“Kuba iqtidarına təzyiqlər gücləndiriləcək”- Con Kerri

Şimali Amerika Kuba ilə diplomatik əlaqələrin genişləndirilməsinə ağlasığmaz dərəcədə maraq göstərir.

Bu barədə bazar günü ABŞ-ın dövlət katibi Con Kerri Kanada və Meksikadan olan tərəf-müqabilləri ilə söhbət zamanı bildirib. “Bu cəhd Kuba xalqına gözəl imkanlar təklif edir. Onlar həyat səviyyələrini yüksəldə bilərlər. Öz həyatlarını necə yaşamaqla bağlı seçim edə bilərlər” - deyə Kerri Bostonda keçirdiyi mətbuat konfransında bildirib.

Agentlik qeyd edir ki, ötən həftə Havanada 2 gün çəkən ABŞ - Kuba danışıqlarıaparılıb. Bu, son 50 ildə bu səviyyədə keçirilən ilk rəsmi danışıqdır. Dekabr ayında isə prezident Obama Kuba ilə münasibətlərin yaxşılaşacağının anonsunu vermişdi.

“Artıq nə isə yeni bir iş görməyə cəhd etmək lazımdır” - deyə Kerri vurğulayıb.

Kerri “Azadlıq adası”na ABŞ-ın tətbiq etdiyi iqtisadi embarqonun aradan qaldırılmasının vacibliyinə işarə vurub. Dövlət katibi onu da qeyd edib ki, ABŞ demokratiya, insan haqları və sivil cəmiyyətlə bağlı Kuba iqtidarına təzyiqləri gücləndirəcək.

"ABŞ vətəndaşlarının bu ölkəyə turist səfərlərinə qoyulmuş maneələri aradan qaldırırıq, Kubaya ABŞ mallarını ixrac edirik. Bunun əvəzində isə Kuba bizə deyir ki, onlar bu addımları alqışlayırlar, ancaq ölkədə rejim dəyişikliyinə getmək fikrində deyillər." - deyə ABŞ rəsmisi daha açıq şəkildə bildirib.

Elbəyi Həsənli, musavat.com

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar