Rusiyada hüquq müdafiə təşkilatlarında yoxlamalar başlandı

Rusiyada Svetlana Qannuşkinanın rəhbərlik etdiyi "Vətəndaş iştirakı" təşkilatı və "Transparency İnternational" təşkilatının Moskva ofisində yoxlama başlayıb.

Prokurorluq işçiləri hər iki yoxlama zamanı sözügedən təşkilatların sənədlərini və əməkdaşlar haqda özəl məlumatları tələb ediblər.

Hüquq-mühafizə orqanları hələ ki, yoxlamaları şərh etmirlər.

"Amnesty İnternational" prokurorluqdan gələn sənədin surətini yayıb. Orada yazılıb ki, "xarici agentin öz funksiyalarını necə yerinə yetirməsi yoxlanır". Təşkilat rəhbərliyinə xarici donorlarla müqavilələr, alınan pulların necə xərclənməsi və s.haqda suallar verilir.

Rusiyada xaricdən maliyyələşən qeyri-hökumət təşkilatları "xarici agent" sayılır. Həmin təşkilatlar bu adla qeydiyyatdan keçməlidirlər.

Rusiyanın nüfuzlu hüquq müdafiəçiləri "xarici agentlər haqda qanun"u boykot edirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar