Şimali Koreya lideri ABŞ-ı nüvə müharibəsi ilə hədələdi

Şimali Koreyanın lideri Kim Çen In ABŞ-la dialoqun mümkün olmadığını bəyan edib. Musavat.com xarici KİV-ə istindən verdiyi xəbərə görə, o, ölkəsinin istər adi silahlarla olsun, istərsə də nüvə silahları ilə hər hansı müharibəyə hazır olduğunu bildirib.

“Bizim qudurmuş itlərlə danışıqlar stolu arxasına oturmağa həvəsimiz yoxdur. Hansılar ki, bizim xalqın öz həyatından da əziz tutduğu sosialist sistemini dağıtmaq planları haqda hürürlər”, - deyə In Vaşinqtona hədə-qorxu gəlib.

Az öncə Şimali Koreyada HHQ və HDQ qüvvələrinin iştirakı ilə hərbi manevrlər keçirilib. Təlimlərə marşal Kim Çen In şəxsən rəhbərlik edib. O, təlimlərdə əsas məqsədin “Amerika imperialistlərinin aqressiv qüvvələrinin aviasiya zərbə qruplaşmasını məhv etmək” olduğunu bəyan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar