Səudiyyə ərəbləri Nobel Sülh Mükafatına namizəd oldu

Norveçdən olan millət vəkilləri Karin Andersen və Snorre Valen Səudiyyə Ərəbistandan olan insan hüquqları müdafiəçisi Valid Əbu əl-Kair və Rayf Bədəvi Nobel Sülh Mükafatına namizəd olaraq irəli sürüblər. Hazırda onların hər ikisi Səudiyyə Ərəbistanında həbsdə yatır.

Valid Əbu əl-Kair 2014-cü ildə insanları “hökumətə qarşı qaldırdığına görə” 15 il müddətinə azadlıqdan məhrum edilib. O, hələ 2013-cü ildə “CNN”ə “Skype” vasitəsi ilə verdiyi müsahibədə demişdi ki, ona Səudiyyəni tərk etməyə icazə verilmir.

Rayf Bədəvi isə bloqçudur. Yazdığı şərhlərə görə təqib olunur. Sonuncu dəfə ona 100 şallaq vurulması barədə Səudiyyə məhkəməsi hökm çıxarmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar