ABŞ-ın SUPER SİLAHI - Elektromaqnit artilleriya topu (Video)

Müasir artilleriya topları, yeni texnologiyaların zərgər dəqiqliyi ilə hədəfin vurulması və döyüş mərmilərinin artan gücünün xəritəsindən ibarət bir sistemdir. Elm və texnologiyanın bütün sahələrdə böyük tərəqqiyə nail olmasına baxmayaraq, XXI əsrin artilleriya topları özlərinin ilkin əcdadları sayılan bəsit qurğular kimi barıt qazının enerjisi hesabına atəş açırlar. Elm öz yerində dayanmayıb və dünya hökmranlığı uğrunda gedən amansız mübarizə və rəqabətdə insanlar daha mükəmməl silahlar icad edirlər. Amerikan alimləri bütün dünyanı təəccübləndirəcək yeni silahı sınaqdan çıxarıblar və çox yaxın gələcəkdə onu hərbi hissələrin döyüş cərgəsinə qoşacaqlar.

Hal-hazırda barıtla işləməyən, yeni müasir artilleriya qurğusu olan elektromaqnit topunun hazırlanması yolunda intensiv işlər gedir. Bu silah həmçinin “Rail Gun”da adlandırırlar. Həmin silahın bu cür adlandırılması onun xarici görünüşü ilə əlaqədardır. Yəni rels adlandırılan bu unikal qurgu əslində sabit cərəyan vasitəsilə bir-birinə paralel şəkildə yerləşdirilmiş elektrodlardan ibarətdir. Atəşlənəcək mərmi həmin iki elektrod arasına yerləşdirilir və verilən güclü elektrik impulsu nəticəsində elektrik enerjisi kinetik enerjiyə çevrilərək, mərmini çox böyük sürətlə hərəkətə gətirir. Söhbət saldığımız bu möcüzə silah ümüdverici nəticələr göstərib. Həmin topun lüləsinə yerləşdirilmiş 23 kiloqramlıq mərmi saniyədə 2200 metr sürətlə uçub. Belə sürət gələcəkdə 150 kilometr uzaqlıqdakı hədəflərin məhv edilməsinə imkan yaradacaq.

Hərtərəfli sınaqlardan və geniş yoxlamalardan sonra elektromaqnit topunun təcrübə nümunəsi 2016-cı ildə ABŞ-ın “JHSV Millinocket” sürət gəmisində quraşdırılacaq. Təxminən 5-8 ildən sonra isə ABŞ Hərbi dəniz Qüvvələri əhatəli şəkildə elektromaqnit artilleriya topları ilə təchiz ediləcəklər.

Bu silahın müsbət tərəfləri aşağıdakılardan ibarətdir:

- Onun atəşi çox güclü dağıdıcı gücə malikdir. Elektromaqnit topundan buraxılan mərminin fantastik zərbəsinin qarşısında indiki müasir müdafiə qurğularının duruş gətirməsi praktik baxımdan mümkünsüz olacaq.

- Elektromaqnit topu 150 kilometrdən 350 kilometrədək olan uzaq məsafələrdəki hədəfləri dəqiq vura biləcək. Güman edilir ki, gələcəkdə atəş məsafəsinin uzunluğu 400 kilometrə çatdırılacaq.

- Barıtın və digər partlayıcı maddələrin olmamasına görə bu silah təhlükəsizlik baxımından xeyli dərəcədə əlverişlidir.

- Təkmilləşdirildikdən sonra atəş mərmisinin sürəti saatda 9 min kilometrə çata biləcək.

ABŞ-da elektromaqnit topunun təkmilləşdirilməsi üzərində işlər müəyyən fasilələr və mərhələlərlə aparılıb. 2011-ci ildə bu layihə perspektiv vəd etmədiyinə və həm də ki, hədsiz futurustik (gələcəyə məxsus) təsir bağışladığına görə bağlanmaq təhlükəsi ilə qarşılaşmışdı. Amma prezident Barak Obama XXI əsrin silahının hazırlanmasının davam etməsi variantı üzərində dayanaraq, onun təkmilləşdirilməsinin həyata keçirilməsi barəsində müvaffiq sərəncam imzaladı. Həmin sərəncama görə, bu layihəyə 200 milyon dollar ayrılıb. Hal-hazırda bu layihə üzərində “General Atomics” və “BAE Systems” kimi iri şirkətlər çalışır.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar