Jurnalist Natiq Ədilov "qorotdel"ə çağırılıb, ona xəbərdarlıq elan olunub

Virtualaz.org xəbər verir ki, AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.

Bu barədə öz facebook səhifəsində məlumat yayan N.Ədilov bildirib ki, ona nə üçün çağırıldığı barədə heç nə deyilməyib. O, qeyd edib ki, çağırılma səbəbi ona polis idarəsində bildiriləcək: “Az əvvəl Bakı Şəhər Baş Polis idarəsindən bir yoldaş zəng etdi. Saat 5 üçün məni idarəyə dəvət etdi. Nə üçün? Demədilər. Dedilər burda bilərsən”.

Natiq Ədilov polisə çağırılması üçün heç bir əsas görmədiyini deyib: “Ora çağırılmağım üçün heç bir əsas görmürəm, təsəvvür də eləmirəm”.

Polis idarəsindən çıxdıqdan sonra isə N.Ədilov yazıb ki, idarənin rəisi Rafiq Abbasov və Bakı Prokurorluğunun nümayəndəsi Əziz Seyidovla görüşüb. "Şəhər polisində yarım saatlıq söhbətimiz oldu. Mənə xəbərdarlıq elan etdilər, bunu əsassız sayıb imzalamadım. Her şey əmin-amanlıqla qurtardı."

Xəbərdarlıqda isə deyilir ki,  Natiq Ədilov mətbuatda və sosial şəbəkələrdə “ölkənin dinamik inkişafına, həyat səviyyəsinin yaxşılaşmasına, iqtisadi qüdrətinin güclənməsinə xidmət edən islahatların mahiyyətini və əsl gerçəkliklərini əks etdirməyən, əxlaqa və etikaya sığmayan fikirlər səsləndirmiş və görüntülər yerləşdirmişdir. Bununla iqtisadi sahədə həyata keçirilən tədbirlərin üzərinə kölgə salmaq və ictimai rəyi çaşdırmaq məqsədi güdüb”.

Buna görə də Bakı şəhər prokurorluğu ona xəbərdarlıq edir ki, Natiq Ədilov gələcəkdə “bu xarakterli əməllərini davam etdirsə barəsində qanunverciliyə uyğun ciddi tədbirlər görüləcək”.

Natiq Ədilov xəbərdarlıqla bağlı facebook səhifəsində münasibətini açıqlayaraq, bunu özünə qarşı təzyiq kimi qiymətləndirib.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar