BÖYÜK MÜHARİBƏNİN ASTANASINDA... - Rusiya 100 mindən çox "könüllünü" silahlandırır
Ukraynanın şərqindəki vəziyyət getdikcə şiddətlənir, ancaq müharibə aparan tərəflər münaqişənin həll edilməsinə səy göstərmək istəmirlər. Əksinə, hər iki tərəf ümümi səfərbərlik planını həyata keçirməyə hazırlaşır. Rusiyapərəstlərin rəhbəri Aleksandr Zaxarçenko bu yaxınlarda bəyan edib ki, on gündən sonra Donetsk Respublikasında ümumi səfərbərlik başlayacaq və 100 min nəfər silahla təchiz ediləcək. Bu cür addım Kiyevin mərhələlərlə səfərbərlik etməsinə qarşı cavab kimi də qiymətləndirilir.
Xatırladaq ki,Ukrayna 2015-ci il ərzində hərbi səfərbərlik üçün 104 min nəfər çağıracağını elan edib.
Digər tərəfdən isə alyans, Rusiyaya yaxın olan altı qonşu ölkəsində - Rumıniya, Polşa, Bolqarıstan, Estoniya, Latviya, Litva və Estoniyada komanda nəzarət strukturlarının yaradılması qərarına gəlib. Amma buna baxmayaraq, NATO üzvü olan ölkələr arasında Moskvanın təcavüzkar siyasətinə qarşı hansı formada reaksiya verilməsi məsləsində tam yekdil bir fikir yoxdur.
Hətta əgər vəziyyətin pisləşməsi davam edərsə də Avropa Birliyinin Ukraynaya silah verilməsi məsələsində yekdil fikrə gələcəyi az inandırıcı görünür. Böyük ehtimalla bu məsələnin həll edilməsində yalnız bir neçə Avropa Birliyi ölkəsi ABŞ-a qoşula bilər.
Rus ədəbiyyatının görkəmli klassiki Anton Çexov vaxtı ilə yazırdı: "Əgər tamaşanın birinci aktında divardan silah asılıbsa, deməli ikinci akt zamanı o mütləq atəş açacaq”.
Ukraynadakı münaqişənin necə davam etməsindən asılı olmayaraq burada artıq bir nəfər uduzan var. Heç şübhəsiz ki, həmin şəxs Vladimir Putindir. Rusiya prezidenti öz ölkəsini və xalqını elə bir avantüraya sürükləyib ki, o bunun üçün çox böyük hesab verməli olacaq. Ümumiyyətlə isə Ukrayna ilə münaqişədə Putin özünü çox pis bir taktik və həmçinin də bərbad strateq kimi göstərdi.(Observador)
Vaqif Nəsibov
AzPolitika.info
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.