ASLAN ASLANOV NƏHAYƏT DANIŞDI - "Oğlumu qrup halında qətlə yetiriblər"-VİDEO

12 il həbsxanada yatan Lamiyə Quliyeva heç bir vaxt təzyiqə məruz qaldığını dilə gətirmir. Jurnalistlərin qadın cəzaçəkmə müəssəsində olduğu dönəmdə narazılığını bildirməyib. Sonra isə qəflətən zorakılığa məruz qaldığı xəbəri yayılır. Məsələyə aydınlığı yalnız özünün müsahibəsi gətirə bilərdi. Lakin istintaq getdiyi üçün onun müsahibəsi indi real görünmür. Onda nə baş verir? Son bir neçə ildə fəaliyyətində uğurlar qazanan Pentensiar xidmətdən bu tipli xəbərlərin yayılması, görəsən kimə və ya nəyə qarşı yönəlib?

Respublika Baş Prokurorluğu məhkum Lamiyə Quliyevanın uşaq dünyaya gətirməsi faktı ilə bağlı rəsmi araşdırmalara başlayıb. Baş prokurorluğun mətbuat xidmətinin rəisi Eldar Sultanovun verdiyi məlumata görə, hazırda Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 28 yaşlı Lamiyə Quliyevanın ötən ilin oktyabr ayında uşaq dünyaya gətirməsilə əlaqədar Ədliyyə Nazirliyi ilə birgə müvafiq tədbirlər həyata keçirilir. İş üzrə təqsirləndirilən şəxslərin bəraət almasına çalışdıqların söyləyən vəkil Adəm Məmmədov isə hesab edir ki, Lamiyənin nikahı olmadığı üçün faktla əlaqədar cinayət işi başlanmalıdır.

“Hüquq-mühafizə orqanları bu hala şərait yaradan şəxslər barəsində 243-cü maddə - "fahişəliyə cəlb etmə" madəsilə cinayət işi açılmalıdır?” – deyə vəkil Adəm Məmmədov bildirib.

Maraqlıdır ki, mediada Lamiyənin həbsxanada müxtəlif təzyiqlərə məruz qaldığı iddia edilir. Amma onun özü Ombudsman aparatının əməkdaşları ilə söhbət zamanı zorakılığa məruz qalmadığını, öz istəyi ilə ana olduğunu söyləyib. Ombudsman aparatının əməkdaşları uşağın atası olduğu iddia edilən məhkumla da görüşüblər.

Adının açıqlanmasını istəməyən məhkum Lamiyə ilə bir müddət eyni Penitensiar müəssisədə saxlanıldığını, onunla qiyabi tanışlıq münasibətinin olduğunu, canlı təmasının olmadığını, uşağın atasının müəyyənləşdirilməsi ilə bağlı dəqiqləşdirilmə aparılması üçün DNT qan analizi verdiyini bildirib. O, izahatında onu da yazıb ki, Lamiyə onun spermasından istifadə edərək süni mayalanma edib. Ombudsman aparatından verilən məlumatda deyilir ki, həmin məhkum heç bir təzyiqə məruz qalmadığını ərizəsində göstərib.

2003-cü ildə Şəmkirin icra başçısı olmuş Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirdiklərinə görə həbs olunmuşdular. Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il həbs cəzası alıb. Sonradan Lamiyənin cəzası 5 il 6 ay artırılıb.

Qalmaqallı işdə adı hallanan Şəmkirin icra hakimiyyəti başçısı işləmiş Aslan Aslanov ANS-ə ekslüziv açıqlama verdi. O, bu işdə adının hallanmasını yalan adlandırır və övlad itirən valideyin kimi spekuliyasiyalardan təssüf keçirir: "Xahiş edirəm ki, bizim yaramızı təzələməyin. Mənim oğlumu həmin şəxslər qrup halında qətlə yetiriblər. 11 il əvvəl olmuş hadisəni indi şişirdərək mətbuatda mənim adımı hallandıraraq sifarişlə yazı yazırlar. Vüqar Əliyev və Lamiyə Quliyevanın yaxınlarını həbsi üçün sifariş verməyim, onların həbsinin uzadılması üçün təzyiq etməyim. Bu Barədə yazılanlar təxribatdır və mənim bu işlə heç bir əlaqəm yoxdur. Mən YAP-ın Siyasi Şurasının üzvüyəm, dövlətçiliyə xidmət, onun qanunlarına riayət edirəm”.

Bütün bu baş verənlərin fonunda ötən gün ədliyyə naziri Fikrət Məmmədovun iştirakı ilə Penitensiar Xidmətdə geniş müşavirə olub. Əldə olunan naliyyətlərdən razı qalan nazir, eyni zamanda nöqsan və çatışmazlıqlardan da danışıb. Vəzifədən sui-istifadə və digər neqativ hallarla bağlı 347 əməkdaşın intizam məsuliyyətinə cəlb olunduğu, 36 nəfərin tutduqları vəzifədən azad, 34 əməkdaşın isə ədliyyə orqanlarından xaric edildiyi məlum olub.

Eyni zamanda o da vurğulanıb ki, Azərbaycandakı cəzaçəkmə müəssisələrində ölüm halları və inthar halları inkişaf etmiş Avropa dövlətlərilə müqayisədə xeyli azdı.

Ekspertlər isə çoxdan olmuş bu hadisələrin məhz son bir ayda gündəmə gətirlməsini müəyyən maraqlı qüvvələrin o cümlədən xaricdən idarə olunan dairələrin təsirilə də əlaqələndirilər. Hər halda bütün məsələlər araşdırılır, faktların həqiqiliyini də elə dövlət orqanları üzə çıxaracaq. (ANS)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar