LAMİYƏ QULİYEVANIN UŞAĞINA "ATA" AXTARILIR? - Generalla MÜSAHİBƏ

Mədət Quliyev: "O ki, qaldı həmin şəxsin bunu təkzib edərək ayrı şeylər deməsinə, onun uşağının atası da müəyyən olunacaq"

"Biz biləndə ki Lamiyə hamilədir, ona kömək elədik ki, o, uşağını rahat şəkildə dünyaya gətirsin. Bu, adi bir haldır." Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev azvision.az-a müsahibəsində məhkum Lamiyə Quliyeva ətrafında gəzib-dolanan söz-söhbətlərə və bu məsələ ilə bağlı bir sıra ciddi məqamlara aydınlıq gətirib.

Həmin müsahibəni təqdim edirik:

- Son günlər məhkum Lamiyə Quliyeva hadisələrinin fonunda sizinlə bağlı mətbuatda tənqidi məlumatlar yayıldı. Öncə bu barədə fikirlərinizi bilmək istərdik. Tənqirləri qəbul edirsinizmi?

- Mənim o yazılarla bağlı açıqlama verməyim müdafiə kimi qəbul edilə bilər. Guya mən özümü, xidməti və ya kimisə müdafiə edirəm kimi qəbul edilə bilər. Bu, mənim xasiyyətimə və həyat tərzimə ziddir. Heç vaxt müdafiədə olmuram. Mən öz xidməti işimi görürəm. Bu xəbərlər yazılmalıdır. Demokratik bir cəmiyyətdə yaşayırıq. Kimsə bu cəmiyyətdə öz fikirlərini bildirirsə, burada xətrə dəyəsi nə var ki? Burada narahatedici bir məsələ görmürəm. Cəmiyyətimiz inkişaf edir. Möhtərəm prezidentimiz şərəflə və çox böyük bir məharətlə respublikanın sükanını saxlayır. Xalqımız irəli gedir. Yaşayış səviyyəmiz yüksəlir.

- Məhkum Lamiyə Quliyeva olayında demək olar ki, hər gün yeni faktlar ortaya çıxır. Hamı sizin bu barədə açıqlama verməyinizi gözləyirdi. Sizcə, Lamiyə Quliyeva məsələsinin pərdəarxasında hansı məsələlər durur?

- Bu məsələlər hamısı açılacaq. Bizim xidmətə qarşı heç bir irad bildirilməyəcək. Bunu hər kəs görəcək. Allaha şükür ki, artıq Baş Prokurorluq bu məsələ ilə məşğul olur. Biz biləndə ki Lamiyə hamilədir, ona kömək elədik ki, o, uşağını rahat şəkildə dünyaya gətirsin. Onun üçün bütün şəraiti yaratdıq. Bu, adi bir haldır. Belə şeylər ola bilir.

- Lamiyə Quliyeva uşağının atasının da məhkum olduğunu bildirib. Həmin şəxs isə bu iddiaları təkzib edərək Lamiyə ilə şəxsi yaxınlığının olmadığını bəyan edib. Bu məsələ araşdırılacaqmı?

- Bu məsələ tərəfimizdən təbii ki, araşdırılacaq. O ki, qaldı həmin şəxsin bunu təkzib edərək ayrı şeylər deməsinə, onun uşağının atası da müəyyən olunacaq. Hamı onu tanıyacaq.

- Mədət müəllim, bu məsələyə görə mətbuatda sizi də tənqid edirlər. Qeyd edilir ki, uşağın atası müəyyənləşdirilməyənə qədər bütün məsuliyyəti siz daşıyırsınız.

-Heç belə bir şeyi yazmaq və düşünmək olar? Belə yazı yazmaq olar? Kim nə yazır yazsın. Jurnalistlərin içində də xəyanətkar, satqın, pula, nəyəsə satılan adamlar var. Onlar müharibə şəraitində də satılırdılar. Onlar respublikanın xoş gününü istəməyən adamlardır.

- Nə üçün sizin haqqınızda bu səpkili məlumatlar yayılır? Kimlərdir sizinlə bağlı qara piar kampaniyası aparan?

- Mənə qarşı olan qara kampaniya kimlərsə tərəfindən formalışdırılır. Bunlar heç kimin qanını qaraltmamalıdır. Çünki demokratik cəmiyyətdə yaşayırq. Hər kəs istədiyi fikri yaza bilər. Narahat olmağa heç bir əsas yoxdur. Hər şey yaxşıdır.

********

AzPolitika.info xatırladır ki, dünən Penitensiar Xidmətin rəisi Mədət Quliyevin köməkçisi Yaşar İsakov sosial şəbəkədə Lamiyə Quliyevanın keçən ilin oktyabrında dünyaya gətirdiyi oğluna atasının adının qoyulduğunu açıqlamışdı.

Рисунок1

 

 

 

 

 

Bu açıqlamadan sonra daha bir məlumat yayıldı.Belə ki, İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müəssisəsində saxlanılan və Quliyeva Lamiyə Sahib qızının dünyaya gətirdiyi uşağın atası olduğunu iddia etdiyi məhkumla görüşüblər. Bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilən məhkum ailəsində yarana biləcək problemlərlə əlaqədar adının məxfi saxlanılmasını xahiş edib. Həmin şəxs məhkum L.Quliyeva ilə bir müddət eyni penitensiar müəssisədə saxlanıldığını, onunla qiyabi tanışlıq münasibətinin olduğunu, canlı təmasının olmadığını, uşağın atasının müəyyənləşdirilməsi ilə bağlı dəqiqləşdirilmə aparılması üçün DNT qan analizi verdiyini bildirib. Onunla aparılmış konfidensial görüş zamanı təzyiqə və zorakılığa məruz qalmadığını söyləyib, bu barədə Müvəkkilə yazılı izahat verib.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar