Azərbaycan hakimiyyətinin yeni rekordu

Qubad Ibadoğlu: "Azərbaycan Ümumdünya Ticarət Təşkilatı ilə danışıqlar prosesini 15 il uzatmaqla rekord vurub"

«Dünya iqtisadiyyatına inteqrasiya Azərbaycan oliqarxlarının maraqlarına cavab vermir»

Azərbaycan Xarici Işlər Nazirinin müavini Mahmud Məmmədquliyev APA-ya açıqlamasında bildirib ki, Azərbaycan digər “Şərq Tərəfdaşlığı” ölkələrindən fərqli olaraq Avropa Birliyi ilə dərin və hərtərəfli azad ticarət zonasının yaradılmasına dair danışıqlar aparmır: “Azərbaycanda dərin və hərtərəfli azad ticarət zonasının yaradılmasına dair danışıqlar 2 şərt əsasında başlaya bilər. Birincisi, ölkəmiz ÜTT-yə üzv qəbul olunmalıdır, ikincisi bu addımın iqtisadi baxımdan nə dərəcədə sərfəli olduğu nəzərə alınmalıdır”- deyə Mahmud Məmmədquliyev bildirib.

Bəs, bu şərtlər həqiqətən əsas səbəbdirmi və Azərbaycanın AB-la dərin və hərtərəfli əməkdaşlığına nə mane olur?

Iqtisadçı ekspert Qubad Ibadoğlu "Azadlıq" qəzetinə bildirıb ki, Azərbaycan hakimiyyəti bu məsələdə imitasiya ilə məşğul olur və azad ticarət sazişinin imzalanmasında maraqlı deyil: “Həqiqətən də dərin və hərtərəfli danışıqlar prosesinin başlanması üçün ÜTT-yə üzvlük vacibdir. Ancaq, azad ticarət saizişinin bizim üçün nə qədər sərfəli omasına gəlincə isə, hesab edirəm ki, hökumətin yanaşması və qiymətləndirməsi yoxdur. Bu günkü Azərbaycanın vəziyyətin nəzərə alsaq, azad ticarət sazişinin alternativi yoxdur və bunun üçün heç bir tədqiqat, araşdırma aparmağa ehtiyac yoxdur. Çünki Azərbaycanın xarici ticarətinin strukturuna nəzər salanda görürük ki, Azərbaycanın ən böyük partnyoru Avropa Birliyidir. Bu həm də istehlakçılar üçün çox vacibdir. Çünki Avropadan gələn ticari məhsulları və xidmətləri daha az vəsait, daha az xərclə əldə edə bilərdik. Təəssüflər olsun ki, bu sazişlərin imzalanmamasının siyasi və iqtisadi səbəbi var. Birinci siyasi səbəbdir ki, Azərbaycanda siyasi iradə yoxdur. Azərbaycan hakimiyyəti ölkə iqtisadiyyatının qapalı idarə olunmasına üstünlük verir və siysi hakimiyyət iqtisadi və biznes hökmranlığına malikdir. Bu sazişlərin imzalanması və dünya iqtisadiyyatına inteqrasiya Azərbaycan oliqarxlarının mənafeyinə cavab vermir. Məsələn, əvvəllər ölkəyə tikinti materialı olan ”laminat" gətirilirdi. Şamaxıda laminat zavodu açılandan sonra, ölkəyə laminat gətirməyin “haqqı” 5 dəfə artıb. Yəni demək istəyirlər ki, heç kim bu məhsulu gətirməsin. Bu adamlar keyfiyyətli məhsul istehsal etsələr, bəlkə də bununla razılaşmaq olardı. Ancaq bu olliqarxlar “pis olsa da mənim məhsulumu almalısan” qanunu tətbiq ediblər. Bu oliqarxlar siyasi hakimiyyətə bağlı adamlardı və azad ticarət sazişini də, Assosasiya sazişini də, ÜTT-yə üzvlüyü də onlar həll edirlər. Dünyadakı oliqarxlardan fərqli olaraq bizim oliqarxlar siyasi hakimiyyətdə təmsil olunan adamlardı. Bütün danışıqlar, müzakirələr, konfranslar, texniki dəstək layihələri almaq hamısı imitasiyadır. Azərbaycan bu danışıqlar prosesini 15 il uzatmaqla rekord vurub".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar