Gülər Əhmədova "susmağının" mükafatını aldı - Pulu ünvanına çatdıribmış

Sabiq deputat son sözündə üstörtülü nələrə işarə vurub, kimə müsaj verdi?

Gülər Əhmədovanın məhkəməsi qalmaqallı və bir o qədər də ziddiyyətlərlə yadda qaldı. Bu ziddiyyətlər cinayət işinin materiallarında, şahid ifadələrində və nəhayət, Gülər Əhmədovanın özünün dediklərində kifayət qədər idi. Sabiq deputat son sözünü deyərkən diplomatik dillə məsələnin mahiyyətini bütün çılpaqlığı ilə ortaya qoydu. G.Əhmədova deyib:“Quran gətirin əl basım ki, Mən Elşaddan pul almamışam...”. Gülər xanım bu məqamda haqlı olduğuna görə rahatlıqla and içir. Çünki videodan və cinayət işinin materiallarından aydın olur ki, Elşad Abdullayevin deputat olmaq üçün rüşvət kimi vermək istədiyi pulun alınması Sevinc Babayeva vasitəsilə baş tutub. Həmin o pulu həqəitən də Elşaddan Gülər Əhmədova almayıb. “And içirəm ki, Elşadın pulu məndə deyil”. Təbii ki, əgər pul alınıbsa və verilibsə, artıq Gülər xanımda ola bilməz. “And içirəm ki, mən dələduz deyiləm” - deməklə isə Gülər Əhmədova məharətlə oyun qaydalarına riayət edən vasitəçi olduğunu bildirir. Əgər o pulu özündə saxlasaydı bu dələduzluq əməli sayılardı. «…Mən dələduz olsaydım, üç dəfə deputat seçilməzdim”. Əlbəttə, 3 dəfə deputat seçilmiş şəxs şübhəsiz ki «sınaqlardan üzü ağ» çıxımış olmalıdır və sabiq deputat da buna işarə vurub». Çıxışın ayrı-ayrı hissələrində Gülər Əhmədova dəflərlə aldandığını, oyuna salındığını deyir. Sabiq deputatına müdafiə çıxışında ziddiyyətli məqamlar da çox oldu. Məsələn, bir tərəfdən videoların montaj olduğunu deyir və orada səsləndirilən fikirlərin ona aid olmadığını bildirməklə videolentdə danışılanların üzərindən sükutla keçir. Ki, əslində bu, bütün maraqlı tərəflərə səırf edir. İstintaqa da, elə məhkəməyə də. Çünki videodakı “mandat alveri” söhbətində elə adlar çəkilir ki, onların ən kiçik ranqlısının adı gələndə prokurorun da, hakimin də dili topuq vururdu. Bir sözlə, Gülər Əhmədova “montajdır” deyib bu məsələnin üzərində sükutla keçdi, hakim və prokuror da videoya baxmağa “ehtiyac görmədilər”. Amma Gülər Əhmədova bir təfədən də ciddi-cəhdlə sübut etməyə çalışır ki, o videolar gizli yolla çəkilib və buna görə sübut sayıla bilməz. “İstəyirsiniz məni güllələyin, amma nəzərə alın ki, gizli çəkilişi sübut kimi tanımaqla Konstitusiyanı və cənab Prezidentin fərmanını pozmuş olursunuz”. Amma Gülər xanımın yəqin yadında olar ki, 2011-ci ildə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının səsini gizli yazıb aparmışdı Korrupsiyaya qarşı Mübarizə İdarəsinə ki, Əvəz Zeynallı məndən 10 min manat pul istəyib. O səs yazısı məhkəmədə dinlənildi, içərisindən pul istəməyə aid heç nə çıxmadı, amma səs yazısı məhkəmədə sübut kimi tanındı və Əvəz Zeynallıya buna görə düz 9 il həbs cəzası verdi... 1.000 000 - bir milyon - Əvəz Zeynallının istədiyi iddia olunan puldan yüz dəfə çox məbləği dələduzluq yolu ilə mənimsədiyi istintaq və məhhkəmə tərəfindən təsdiq olunan, üstəgəl digər bir maddə ilə ittiham olunan Gülər Əhmədovaya isə 3 il cəza verildi... Gülər xanımın işində ağırlaşdırıcı hallar aşkar olunmadı - məhkəmə hökmü oxuyarkən belə dedi. Xeyli sayda isə yüngülləşdirici hallar tanıdılar. Amma görünür, ən yüngülləşdirici hal Gülər Əgmədovanın “susmağı” və mətbuat vasitəsilə son çıxışında ötürdüyü ünvanlı mesajlar idi. Çünki hələ çıxışından əvvəl dəmir barmaqlılar arxasındakı Gülər Əhmədova jurnalistlər tərəfə yaxınlaşaraq, çıxışının mümkün qədər tam yazılmasını xahiş etdi və yaxşı eşidilməsi üçün hakimlərdən daha çox media nümayəndələri əyləşən tərəfə yaxın dayanaaraq danışdı. Necə deyərlər, “Məktub yetişdi”, “mesaj iletilmişdir” və ya “soobhenie dostavlena” …("bizimyol.info")

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar