AVROPA LİDERLƏRİ SON KARTLARINI AÇIR – Sülh olmazsa, böyük MÜHARİBƏ başlayacaq!

Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland və Ukrayna lideri Petro Poroshenko arasında danışıqlar başa çatıb. Danışqlar bağlı qapılar arxasında keçirilib və görüşdən sonra Almaniya və Fransa liderləri mətbuat üçün heç bir açıqlama verməyiblər. Merkel və Olland bu gün Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya yollanıblar.

Onlarla eyni vaxtda ABŞ dövlət katibi Con Kerri də Kiyevdə olub. Con Kerri bəyan edib ki, ABŞ, Fransa və Almaniya nümayəndələrinin Kiyevdə olması Qərbin Ukraynaya dəstəyini nümayiş etdirir. Dövlət katibi həmçinin bildirib ki, Rusiya prezidenti Ukraynaya dair təşəbbüs hazırlayıb, lakin Merkel və Ollande da Moskvaya öz təşəbbüsləri ilə gedirlər.

Böyük Britaniyanin “The İndependent” qəzeti bu səfərlə bağlı geniş məqalə dərc edib. “AzPolitika.info”nun məlumatına görə, “Qərbin Ukrayna böhranına daha çox yeni soyuq müharibə kimi baxması vəziyyəti bir qədər də gərginləşdirir” adlı məqalədə Almaniya kanslerinın və Fransa prezidenti regiona səfərinin müsbət və mənfi tərəfləri şərh edilib. Məqalədə bildirilir:

Fransa prezidenti və Almaniya kanslerinin yeni diplomatik təşəbbüslə əvvəlcə Kiyevə, ardınca Moskvaya səfər etmələrinin həm müsbət, həm də mənfi tərəfləri var. Bu səfərin pozitiv xüssusiyyəti onun Ukraynaın şərqində daha da alovlanan döyüşlərin dayandırılması üçün Avropanın atacağı ilk ciddi adım olmasıdır.

Neqativ tərəf isə ondan ibarətdir ki, liderlərin bu səfəri artıq vəziyyətin nə dərəcədə ciddi olduğunu açıq nümayiş etdirir. Belə ki, Avropa liderlərlərinin belə bir səfərə zərurət görmələri özü -özlünyündə regionda çıxılmaz şəraitinin yaranmasını göstərir”.

Yazıda sonra bildirir ki, əgər bu səfər zamanı Olland və Merkel öz əsas kartlarını stolun üstünə qoyarlarsa, onda deməli bundan sonra, artıq onların əlində “kozır” sayılacaq güclü kart qalmayacaq: “Əgər onların qambiti (şahmatda piyadanı qurban verməklə mərkəzdə mövqe üstünlüyü əldə etmək-müəl.) uğursuz alınarsa, onda irəlidə nəyin baş verəcəyini söyləmək çox çətinləşəcək.

Onların bu cür riskli addımlar atmasının bir neçə səbəbi ola bilər. Əsas səbəb kimi jazırda Mariupol şəhəri ətrafında aktiv döyüşlərin yenidən başlanmasını, Donetskin atəşə tutulmasını və amansız küçə döyüşlərinin baş vermə təhlükəsinin artmasını göstərmək olar.

İkinci səbəb kimi isə Kiyevin və yaraqlı separatçıların öz döyüş qabiliyyətlərini yüksəltmək, həmçinin döyüş meydanına yeni çağrışçıların cəlb olunacağını bəyan etmələrini qeyd etmək olar. Bütün bunlar döyüşən tərəflərin sülhə hazırlaşmadıqlarını, əksinə ondan daha da uzaqlaşdıqlarını göstərir.

Ancaq üçüncü səbəb də var. Belə ki, Kiyev hökümətinə silah göndərilməsi barəsində bəzi Qərb paytaxtlarında geniş yayılan söhbətlər, təcili surətdə diplomatik yolların işə salınmasını tələb edir.

Polşa rəhbərliyi iddia edir ki, ölkə əhalisi fəal şəkildə Ukrayna ordusuna nəinki müdafiə, həm də hücum xarakterli silahların verilməsinə çağrış edir. Polşalılar müdafiə və hücum silahları arasında aydın və tam müəyyənləşdirilmiş sərhəddin olmamasını vurğulayırlar. Bununla yanaşı, ona da açıq eyham vururlar ki, əgər Kiyev höküməti təhlükə ilə üzləşərsə, onda onlar Ukraynaya daha aktiv kömək göstərməli olacaqlar.

Bu tərz söhbətlər və eləcə də Vaşinqtondan gələn siqnallar həyəcan yaradır. Prezident Obama tərəfindən müdafiə naziri vəzifəsinə namizədliyi irəli sürülən Eşton Karter senatorlara bildirib ki, o, Kiyev hökümətinə ağır silahlar göndərməyə meyillidir. Bu isə artıq ciddi siqnaldı və böyük təhlükədən xiəbər verir.

Düzdür, bəziləri bu fikirləri Vaşinqtondakı siyasətin dəyişilməsi kimi deyil, sadəcə, Eşton Karterin respublikaçıların çoxluq təşkil etdiyi Konqresdəki dinləmələr zamanı vəzifəsinin təsdiq edilməsinə olan bir cəhdi kimi qəbul edir.

Ancaq əgər bu fikirlər reallaşarsa və Rusiya ABŞ-ın Kiyevə ağır silah verilməsinə hazırlaşdığını görərsə, onda irəlidə nəyin baş verəcəyini proqnozlaşdırmaq üçün strategiya dahisi olmağa ehtiyac yoxdur.

Hazırda Rusiyanın şərqi Ukraynanı zəbt etmək və ya onun yenidən bərpa edilməsi məsuliyyətini öz üzərinə götürmək istəyi hiss olunmur. Digər yandan isə şərqi ukraynalılar da Rusiyaya birləşmələri barəsində hər hansı arzu ifadə etməyiblər.

Əgər Merkel - Olland missiyası uğursuzluqla nəticələnəcəksə, onda elə bir an gələcək ki, həzmedilməz sülh variantları artıq tam reallığa dönəcək. Vəziyyətin daha da gərginləşməsi, ABŞ və Polşanın Kiyevə silah göndərməsi isə geniş masştablı müharibənin başlanması üçün hazır resept olacaq.

Vaqif Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar