ATƏT Azərbaycan və Ermənistanın müxalifət təmsilçilərini görüşdürdü 

Dekabrın 5-də ATƏT-in Minsk qrupunun ABŞ və Fransadan olan həmsədrləri Kiyevdə Azərbaycan və Ermənistan müxalifətinin təmsilçiləri ilə görüşüb. Görüşdə Azərbaycan müxalifətini El hərəkatının sədri Eldar Namazov, Ermənistan müxalifətini Ermənistan Milli Konqresinin sədri David Şahnazaryan təmsil edib.

Eldar Namazovun “Yeni Müsavat”a verdiyi xəbərə görə, belə bir formatda görüş Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik və Fransadan olan həmsədr Jak Forun təşəbbüsü ilə baş tutub. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin köməkçisi Anjey Kaspşik də iştirak edib: “Görüşdə Dağlıq Qarabağ probmenin həlli ilə bağlı müzakirələr aparıldı. Problemin nizamlanmasına Azərbaycan və Ermənistan müxalifətinin baxışı bir daha dinlənildi. Fikir mübadiləsi zamanı biz öz mövqelərimizi həmsədrlərin diqqətinə çatdırdıq”.

Görüş ATƏT həmsədrlərinin təşəbbüsü ilə keçirilib. Diqqət çəkən məqam Rusiyanın Minsk qrupundakı həmsədri İqor Popovun görüşə dəvət edilməsi olub. Eldar Namazovun sözlərinə görə, təşəbbüs ATƏT təmsilçilərindən gəldiyinə görə hansı səbəbdən belə bir format seçilməsindən xəbərsizdir.

Aygün Muradxanlı

Kiyev

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar