İsa Qəmbər əsəbiləşdi və mövcud status-kvoya görə Xədicə İsmayılı ittiham etdi - VİDEO

Müsavat başqanı İsa Qəmbər "Azadlıq Radiosu"nun "İşdən Sonra" proqramında Xədicə İsmayılın qonağı olub. Ölkədə, dünyada, Milli Şura daxilində baş verən olaylara münasibətini açıqlayan Müsavat başqanı, proqramın sonlarına yaxın Xədicə İsmayıla qarşı irad və ittihamlarını dilə gətirib. İ.Qəmbər İlham Əliyevə "Jurnalistlərin dostu" mükafatının təqdim olunması mərasimində iştirak edən Rauf Arifoğluna haqq qazandıraraq, Xədicə İsmayıl və "onun kimiləri" qərəzli olmaqda, özündənrazılıqda, həmçinin, nə qədər qəribə olsa da, mənəvi terrorda, cəmiyyətdəki mövcud status-kvonun səbəbkarı olmaqda ittiham edib. X.İsmayıl bu ittihamlar qarşısında təəcübünü gizlədə bilməyib və İsa Qəmbərin çıxışını gülüşlə qarşılayıb.

Proqramın videoyazısını təqdim edirik.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar