Eldar Namazov Kiyevdə Tomas Melia ilə görüşüb

“ABŞ Azərbaycandakı siyasi prosesləri diqqətlə izləyir”

ATƏT-in Kiyev sammitinə dəvətlilər arasında olan El hərəkatının sədri Eldar Namazov ABŞ dövlət katibinin insan haqları və demokratiya üzrə köməkçisi cənab Tomas Melia ilə görüşüb. Bu haqda “Yeni Müsavat”ın Kiyevə ezam olunan müxbirinə açıqlama verən E.Namazov bildirib ki, görüşdə əsas müzakirə mövzusu Azərbaycanda seçkidənsonrakı dönəmdə müxalifətin atacağı addımlar olub : “ABŞ Azərbaycandakı siyasi prosesləri diqqətlə izləyir. Bu, mənim cənab Tomas Melia ilə olan görüşümdə gəldiyim nəticədir”.

Eldar Namazov onu da bildirib ki, ATƏT-in sammiti çərçivəsində Kiyevdə olarkən 10-a yaxın dövlətin diplomatik nümayəndələri ilə təkbətək görüşləri olub. Onun sözlərinə görə, görüşlərdə əsas məsələ Azərbaycanda insan haqları və demokratiyanın durumu olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar