“Çox güman ki, apellyasiya şikayəti verməyəcəyik” - Gülər Əhmədovanın vəkili

“Heç kəs Gülər Əhmədovanı azad etmək haqqında düşünmür. İşlə tanış olmayan şəxslər hüquqşünas kimi çıxış edirlər. Lakin işin təfərrüatlarını bilmirlər. Gülər Əhmədova günahsızdır”.

Bunu APA-ya açıqlamasında sabiq millət vəkili Gülər Əhmədovanın vəkili Əfsər Talıbov bildirib. Vəkil, G. Əhmədova ilə bağlı Konstitusiyanın müvafiq maddəsi, prosessual qanunvericiliyin tələblərinin pozulduğunu deyib: “Önəmli olan 7 mesaj, Elşad Abdullayevlə Sevinc Babayevanın telefon danışığı, Sevinc Babayevanın sağlığında çəkilən video material işə daxil edilməyib. Videonun əsli yoxdur. Başdan-ayağa quramadır. Heç yerdə Elşad Abdullayevin və Sevinc Babayevanın Gülər Əhmədovaya pul verməsini bir başa təsdiq edən nə videomaterial nə sənəd , nə də şahid var. Apellyasiya Məhkəməsinin də ədalətli olacağına inanmıram. Çox güman ki, apellyasiya şikayəti verməyəcəyik. Gülər xanıma qarşı şər-böhtanları tirajlayan müxalifətçi qardaş-bacılarımıza, ona seçkidə uduzan, yalan danışan Məmməd Zeynalova və digərlərinə bildirmək istəyirəm ki, bu iş şər - böhtandır. Zamanında sözlərini geri götürmək məcburiyyətində qalmamaq üçün xırda, cılız intiqam hisslərindən uzaq dursunlar. Bu çox gülünc iddiadır. Gülər Əhmədovanın ittiham olunduğu Cinayət Məcəlləsinin 307.2-ci maddəsinə gəldikdə bildirirəm ki, bu maddə ilə bağlı Türkiyədə Sevinc Babayevanı saxlaması güman edilən Səlcuq Ağlayana bəraət verilib və təzminat ödənilib. Zamanı gələndə Azərbaycanda da gülər Əhmədovaya bəraət veriləcək. Məni narahat edən Gülər xanımın xəstəliklərdən əziyyət çəkməsidir. Bu işdə müstəntiq nə qədər məsuliyyət daşıyırsa, mətbuatda işdən xəbərsiz olan ekspertlər, onu sevməyənlər bu böyük yalana şərik olduqları üçün Allah və xalq qarşısında bir o qədər məsuliyyət daşıyırlar”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar