“Müsavat Milli Şuradan çıxmamalıdır”- Hikmət Hacızadə

"Qoy Rüstəm bəy fəxri sədr olsun. Bu nəyi dəyişir?"

“Müsavat Milli Şuradan çıxmamalıdır”. Partiya Məclisinin üzvü, politoloq Hikmət Hacızadə “Media forum” saytına açıqlamasında belə deyib.

Hikmət Hacızadənin fikrincə, Cəmil Həsənlinin şura sədri, Rüstəm İbrahimbəyovun fəxri sədr olması heç bir problem yaratmır: “Kimin sədr, kimin fəxri sədr olmasının elə bir fərqi yoxdur. Milli Şura Azərbaycanda azad, demokratik cəmiyyət qurmaq, ölkəyə haqq-ədalət gətirmək istəyir. Bu da xalqdan asılıdır. İnsanlar ayağa qalxacaqmı, seçkiyə gedəcəkmi, saxtakarlığa, ədalətsizliyə etirazını bildirəcəkmi? Əsas məsələ bunlardır.

Milli Şurada, yaxud başqa təşkilatlarda hansısa dəyişikliyin olub-olmaması böyük əhəmiyyət kəsb etmir və həlledici amil deyil. Rüstəm İbrahimbəyovun fəxri sədr olmasına görə Milli Şuradan çıxmağa ehtiyac yoxdur. Qoy Rüstəm bəy fəxri sədr olsun. Bu nəyi dəyişir? Bizə birlik, əməkdaşlıq, fəaliyyətin koordinasiya edilməsi, qüvvələrin birləşdirilməsi lazımdır”.

Hikmət Hacızadə qeyd edib ki, iki ildən sonra parlament seçkisi keçiriləcək, ona görə də Milli Şuranı qoruyub saxlamaq lazımdır: “Şura parlament seçkisində lazım olacaq. Çətinlik parlament seçkisi zamanı dairələrin bölüşdürülməsi zamanı yarana bilər. Bu da böyük problem olmayacaq. Ola bilsin ki, iki dost eyni dairədən namizəd olmaq istədi. Onda bunu həll etmək lazım gələcək”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar