GENERALIN QƏTLİNİN SENSASİON TƏFƏRRÜATLARI - Onu kapüşonlu qatil öldürüb...
Rail Rzayevi necə güdüblər?
Fevralın 11-də müdafiə nazirinin sabiq müavini, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı, general-leytenant Rail Rzayevin öldürülməsinin 6-ci ili tamam olur. Rzayev öldürüldü, ancaq qatil və sifarişçi bu gün də məlum deyil...
Adi günlərdən biri...
R.Rzayev üçün həmin gün adi günlərdən biri idi. O, günlərlər, aylarla, illərlə hərəkət etdiyi marşrut üzrə iş yerinə getməli idi. Qətldən sonra belə aydın oldu ki, bunu onu sifariş verən, sifarişi icra edən də bilməmiş olmayıb. Generalı güdüblər. Hərəkət trayektoriyasını müəyyən ediblər. Bəs necə olub ki, xüsusi xidmət orqanları bundan xəbərsiz olub? Sual bu gün də açıqdır...
Sürücü generalı hospitala çatdırsa da...
Həmin gün genaral adəti üzrə evdən çıxıb Azərbaycan Müdafiə Nazirliyindəki iş yerinə getmək üçün xidməti maşına əyləşib. Generalın olduğu xidməti maşını evinin təxminən 200-300 metrliyində - İ.Qutqaşınlı küçəsi, 125 ünvanının qarşısında, S.S.Axundov adına 172 saylı orta məktəbin yaxınlığındakı zibil qutularının yanında dayanıb. Sürücü evdən götürdüyü zibil dolu torbanı yanında saxladığı zibil qutularına atmaq üçün maşından düşüb. Geri dönəndə isə generalın ağzından qan axdığını, maşının arxa şüşəsində güllə dəliklərinin olduğunu görüb. Sürücü generalı hospitala çatdırsa da, artıq gec olub...
Generalı öldürmək üçün ideal yer seçilib!!!
Generalı kapüşonlu qatil öldürüb
Bu versiya sonradan təsdiqini tapıb. İstintaqçılar zibil qutuların qoyulduğu yolun əks tərəfində quraşdırılan, “Azərbaycan Beynəlxalq Bank”ın İnşaatçılar prospektində yerləşən əsas binasının izləmə kameralarına düşüb. Həmin kameraların yaddaşındakı kadrlara baxan istintaqçılar kapüşonlu (yağmurluqlu) idman geyimində olan, kapüşonu üzünü örtmüş bir şəxsin ərazidə o tərəf-bu tərəfə qaçdığını müşahidə ediblər.
Sürücü maşından düşüb zibil qutularına yaxınlaşarkən – atəş, atəş, atəş...
Görüblər ki, Rzayevin sürücüsü maşından düşüb zibil qutularına yaxınlaşarkən həmin idman geyimində olan şəxs maşına generalın oturduğu tərəfdən, qaçış tempini dəyişmədən yaxınlaşır və geri dönərək sola burulmaqla pilləkənlərdən üzü aşağı düşməklə kameraların əhatə dairəsindən itir. Həmin videoyaddaşda kapüşonlu şəxsin generalın olduğu maşınına atəş açarkən sürücünün buna reaksiya verməməsi də diqqəti çəkib. Axı necə ola bilər ki, yaxınlıqda atəş açılır, güllənin tapançanın lüləsindən çıxarkən yaranan səsi 3 addımlıqda dayanan sürücü eşitmir, atəşə reaksiya vermir? Bu məqam araşdırılıb. Belə qənaətə gəlinib ki, qatil generala səsboğucusu olan silahdan atəş açıb. Həmin gün havanın yağmurlu olmasını, 5 addım o tərəfdə, İnşaatçılar prospektində şütüyən maşınların uğultusunu nəzərə alanda sürücünün atəş səslərini eşitməməsi mümkündür.
Kapüşonlu qatil 10-15 gün Rzayevi güdüb!
Ötən 6 ildə nə dəyişdi?
Ötən 6 il qətl baş verəndən sonrakı günlərdə səslənən fikirləri də təsdiqləmiş oldu. Bilindi ki, R.Rzayevin qətlinin istintaqı da akademik Ziya Bünyadovun, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətllərinin istintaqı kimi imitasiyadan o yana keçmir.
Əsas cinayət işinin ətrafında “var-gəl” edən istintaqçılar ili-ilə calamaqla, günahsız insanları istintaqa cəlb etməklə hrəkətlilik görüntüsü yaradırlar. Beləcə 6 il ötdü.
Səfər Əbiyev Rzayevin yasına niyə gəlmədi?
Özünə ölümündən az əvvəl qəbir yeri sifariş verən general
General öz qəbir yerini təsadüfən seçib?
R.Rzayevin özü üçün, həm də ölümündən az əvvəl seçdiyi yer 2005-ci ildə sifarişlə qətlə yetirilən “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun məzarı yaxınlığında yerləşir.
Versiyaları araşdırmaq istintaqın işidir
Qətl baş verən gün prezident yanında hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirildi. Müşavirədə cinayətin tezliklə açılması üçün xüsusi əməliyyat-istintaq qrupunun yaradılması, ən peşəkar əməliyyatçı və istintaqçıların ora daxil edilməsi tapşırığı verildi. Lakin yaradılan istintaq qrupu bu günə kimi yerində sayır. Bu günə qədər generalın qətli ilə bağlı ən müxtəlif versiyalar səslənib. Versiyaları araşdırmaq istintaqın işidir. Amma görünür, istintaqçıların öz işini görmək üçün kifayət qədər vaxtları olsa da, generalın qətlini açmaqda nədənsə aciz qalıblar. Belə xəbərlər də vardı ki, bu acizlik heç də istintaqçıların qeyri-professionallığı ilə bağlı deyil. İstintaq davam edir. Nəticə isə sadəcə yoxdur!!!(musavat.com)
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.