Mikayıl Cabbarov Əlövsət Osmanlının ailəsinə başsağlığı verdi

Təhsil Nazirliyi Əlövsət Osmanlının vəfatı ilə bağlı mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib. Başsağlığı məktubunda deyilir: “Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlı 9 iyun 1956-cı ildə Gürcüstan Respublikasının Dəmirli kəndində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) mexanika-riyaziyyat fakültəsini bitirib. Azərbaycan, rus və gürcü dillərində nəşr olunmuş 50-yə yaxın dərslik və dərs vəsaitinin müəllifidir.

Əlövsət Osmanlının həyatının mühüm bir hissəsi təhsillə bağlı olmuş və bu sahədə mövcud olan problemlərlə əlaqədar geniş araşdırma işləri aparıb. Azərbaycanda milli təhsil quruculuğu yönündə həyata keçirilən islahatlara dair özünəməxsus baxışları olan Ə.Osmanlı hər zaman mütərəqqi yeniliklərin tərəfdarı kimi tanınıb.

Allah rəhmət eləsin!”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar