“İlham Əliyev legitimliyə sahib deyil”- “Freedom House” təşkilatının prezidenti

Devid Kramer: “O, hakimiyyətə şəxsi maraqlarına xidmət etmək üçün gəlib, qorxur və ehtiyac olmayan şeyləri edir”

Azərbaycanda prezident seçksi kampaniyası başa çatdıqdan sonra yüksək vəzifəli Amerika məmurları ikitərəfli münasibətlərin perspektivlərini müzakirə etmək üçün Bakıya yollanıblar.

“Turan”ın məlumatına görə, “Freedom House” təşkilatının prezidenti Devid Kramer dekabrın 4-də Vaşinqtonda Cons Hopkins Universitetində çıxış edərkən bildirib: “Seçkilərin nəticələrinin qəbul edilməsi ilə bağlı tərəddüdlərdən sonra, görünür, beynəlxalq ictimaiyyət Əliyev rejimini qəbul etməmək ideyasından imtina edib”.

“Bu həftə Azərbaycana gedən Amerika məmurlarından biri bildirib ki, seçkiləri unutmaq lazımdır, onlar geridə qaldı... Zənnimcə, bu, böyük səhvdir, çünki İlham Əliyev ədalətli və azad seçkilər keçiriləcəyi təqdirdə əldə edə biləcəyi legitimliyə sahib deyil”, - deyə o bildirib.

ATƏT-in 9 oktyabr seçkilərinin qeyri-azad və ədalətsiz olması barədə ilkin qiymətləndirməsi Obama administrasiyasında ciddi şəkildə müzakirə olunub. Bu zaman bəzi məmurlar seçkilərin kəskin şəkildə pislənməsi xeyrinə çıxış ediblər. Nəhayət, qeyd edilib ki, Azərbaycan demokratik islahatları möhkəmləndirsə, birləşmək, toplaşmaq və ifadə azadlığına hörmət etsə, siyasi plüralizmə və məhkəmə hakimiyyətinin müstəqilliyinə yardım etsə, seçki sistemini möhkəmləndirsə, iki ölkə arasındakı tərəfdaşlıq öz potensialına çatacaq.

“Boz vətəndaş cəmiyyəti və jurnalistlərin ən pis təqibini gördük, o cümlədən “Azadlıq” radiosunun jurnalistinə edilənləri, müxalifətçilərin həbsə salınmasını... Düşünürəm ki, Əliyev və onun ətrafındakılar qorxurlar və ehtiyac olmayan şeyləri edirlər”, deyə Kremer bildirib.

“Freedom House” prezidentinin fikrincə, Azərbaycan yanlış yoldadır, çünki Əliyev “insan hüquqlarına sıfır hörmət nümayiş etdirir”.

“Bu, bizi qayğılandırır, belə ki, biz Azərbaycanın, onun təhlükəsizliyinin əhəmiyyətindən, energetika məsələlərindən çox bəhs edirik. Amma Əliyev bu xətti bütün göstəricilərin daha da pisləşməsi istiqamətində davam etdirərsə, Azərbaycanda insanlar daha ekstremist variantlara əl atmaqdan başqa seçim və imkan olmadığını hiss edə bilərlər ki, bu da hakimiyyətin maraqlarına uyğun deyil”, deyə o, qeyd edib.

Regionda insan hüquqları sahəsində vəziyyətin pisləşməsi səbəbləri haqqında danışan Kramer deyib ki, bu, nəyin bahasına olursa olsun, hakimiyyətdə qalmağı hədəfləyən korrupsiyaya uğramış bütün avtoritar rejimlərin problemidir.

“Ukrayna, Rusiya, Belarus və Azərbaycanın liderləri hakimiyyətə hamının maraqlarını müdafiə etmək üçün deyil, öz şəxsi maraqlarına xidmət etmək üçün gəliblər ki, bu da həmin ölkələrə ziyan vurur”, deyə o vurğulayıb.

Ukraynadakı etirazlar haqqında danışan Kramer prezident Yanukoviçə və ailəsinə qarşı məqsədyönlü sanksiyalar tətbiq etməyə çağırıb. “Yanukovuç şəxsən özü üçün sərfəli deyilsə, heç vaxt ölkəsinin Avroatlantik institutlara inteqrasiyası haqqında düşünmür”, deyə o bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar