“RUSİYA BƏRK ƏSƏBLƏŞİB” – “Putin rus xalqını qırğına verəcək”

ABŞ-ın CNN telekanalında yayımlanan və Fərid Zəkəriyyənin apardığı siyasi diskusiya proqramında tanınmış politoloqlar Ukrayna böhranı ətrafında maraqlı fikirlər səsləndiriblər. AzPolitika.info həmin fikirlərdən seçmələri təqdim edir:

Stiven Koen, “Nyu- York” Universitetinin professoru 

- Hazırda biz nəinki yeni soyuq müharibə vəziyyətindəyik, hətta potensial olaraq, bu indiki soyuq müharibə əvvəlkindən daha da təhlükəli ola bilər. Beləki, onun mərkəzi Berlində deyil, artıq Rusiyanın sərhədlərində - Ukraynada yerləşır. Biz rus generallarının taktiki silahlardan istifadə haqqındakı danışıqlarına diqqət etsək, onda bundan belə nəticə çıxarmalıyıq ki, Rusiya bərk əsəbləşir.

İndiyədək belə bir fikir mövcuddur ki, son 15 il ərzində neft qiymətlərinin artması səbəbindən Rusiyaya axan yüksək gəlirlər hesabına Putinin ambisiyaları böyüyüb. Beynəlxalq münasibətlər zamanı az resurslara malik olan hər hansı bir liderə böyük təzyiqlər göstərilərsə, onda o ya geriyə çəkilir və ya da ki, üsyankarlıq nümayiş etdirir.

Bill Brauder, ”Qırmızı bülleten: Mən necə Putinin düşməni oldum” kitabının müəllifi

- Əvvala Putin tamamilə rasional hərəkət edir və o heç vaxt düşüncəsiz addımlar atmır. Ancaq Putin, sadəcə bizdən fərqli olaraq bir çox motivlər və məhdudiyyətlər üzərindən hərəkət edir. İlk olaraq Siz Putin haqqında onu anlmalısınız ki, əgər söhbət qərar qəbul olunmasından gedirsə, onda o mənəvi prinsipləri hesaba almayacaq. Əgər bu onun mövqeyini yaxşılaşdıraraq, daha da varlanmasına kömək göstərəcəksə və ya onu həbs olmaq təhlükəsindən xilas edəcəksə, onda Vladimir Putin müharibəyə girişib Rusiya əhalisini qırğına da verər.

Ukraynadakı vəziyyət onun tipik hərəkətlərinin davamıdır. Rusiya prezidenti siyasi addımlarına ilk olaraq daha çox pul yığmaq istəyən kleptokrat kimi başlayıb. Sonradan Putin rus xalqının ona acıqlandığı bir vəziyyətlə qarşılaşdı və qorxmağa başladı. Putin anladı ki, əgər ümumi bəlağəti tamamilə digər istiqamətə tərəf dəyişməsə, onda onu da Yanukoviçin aqibəti gözləyəcək. Elə məhz buna görə də müharibəyə başladı. Krımla bağlı olan işlər heç də pis getmədi. Bütün bunlarla yanaşı nəzarətindəki təbliğat vasitələri ilə rus xalqına aşılamağa başladı ki, bəs ukrayınlar ABŞ tərəfindən müdafiə olunan faşıst millətçilərdir və onlarla mübarizə aparmaq lazımdır. Beləliklə də Ukraynanın şərqində müharibə başladıldı və nəticədə onun populyarlıq reytinqi 88%-dək yüksəldi. Gözlənilmədən bütün Rusiyanı millətçilik xəstəliyi bürüdü. İndi Putin deyə bilməz ki, mən 88% reytinq qazandım və sakitləşməliyəm. Öz yüksək reytinqini saxlamaq naminə o bundan sonrada millətçilik əhval-ruhiyyəsini dəstəkləməlidir.

Krımdakı ilhaq hadisəsindən sonra vəziyyət kəskin şəkildə pisləşıb. Çünki Krımdan fərqli olaraq şərqi Ukraynada rusiyalılar itkiyə məruz qalırlar. Ancaq onlar itki vermək istəmirlər. Digər tərfdən isə Rusiya iqtisadiyyatı Qərbin tətbiq etdiyi sanksiyalar ucbatından dağılır.

Stiven Sestanoviç, “Maksimalist” kitabının müəllifi

-Mən hesab edirəm ki, biz köhnə münaqişələri xatırladan soyuq müharibəyə doğru gedirik. Nə vaxt ki, Siz soyuq müharibə vəziyyətindəsiniz, onda bunun həmişə əsl münaqişə ilə nəticələnəcəyi təhlükəsi qaçılmaz olur. Hazırda Ukraynada çox təhlükəli vəziyyət yaranmağa başlayır. Onun həll edilməsi üçün ölçülüb-biçilmiş və məhsuldar bir yanaşma gərəkdir.

Xristiya Friland, kanadalı politoloq

-Rusiyanın iqtisadiyyatı çox zəifdir və mən hesab edirəm ki, indi ölkənin daxilindən Putinə təzyiqlər edilir. Putinin dostları, oliqarxlar hədsiz narahatdırlar, Rusiya burjaziyası məhv edilib, orta sinfin bütün ümüdləri puça çıxıb. Hesab edirəm ki, Putin bunu istəməyib. O, fikirləşırdi ki, Yanukoviç Gömrük İittifaqına qoşulacaq və bunula da hər şey yaxşı olacaq.

Vaqif NƏSİBOV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar