Kəmaləddin Heydərovun internet layihələri niyə dayandı?

President.az.com və Butalife.com-la bağlı ilginc məlumatlar

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qaynı İlham Abduyevin rəhbəri olduğu butalife.com və president.az.com internet layihələrinin fəaliyyətinə son verməsilə bağlı ilginc məlumatlar ortaya çıxıb. Yada salaq ki, president.az.com saytının və butalife.com sosial şəbəkəsinin bağlanması barədə avropa.info xəbər portalı məlumat yayıb.

"Azadliq"a daxil olan xəbərlərdə bildirilir ki, seçkidən əvvəl fəaliyyətə başlayan bu layihələrin qəfil bağlanmasının ciddi səbəbi var. İddialara görə, Kəmaləddin Heydərov seçkidən sonra hakimiyyət bölgüsü zamanı daha çox yer qazanacağını düşünüb. Söhbət vəzifə bölgüsündə “fövqəlnazir”ə yaxın şəxslərin nəzərə alınacağından gedir. Lakin bu baş verməyib. Kəmaləddin Heydərovun seçki maliyyə yükünü çəkməsinə baxmayaraq istəyini reallaşdıra bilməyib. Adıçəkilən saytların bağlanmasının da kökündə bu amilin dayandığı iddia edilir. Məlumat üçün deyək ki, konkret olaraq president.az.com İlham Əliyevin təbliğatını həyata keçirən iri internet layihəsi idi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar