Kəpəz rayon Dövlət Yol Polisi rəisinin oğlu qəza törədib- Ölüm olub

Yavər Qasımov törətdiyi qəza nəticəsində xəsarət alan Elman Mustafayev xəstəxananya vaxtında çatdırılmadığından dünyasını dəyişib

«Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. İnsanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq».

Bu fikrlər prezident İlham Əliev tərəfindən bir müddət əvvəl ölkədə baş verən sosial narazılqlara münasibət bildirilərkən ifadə edilib.

Ancaq nə yazıq ki, bir çox vəzifəli şəxslər və onların övladları bu xəbərdarlıqdan nəticə çıxarmayıblar. Belələrini hərəkəti isə yalnız sosal narazılıqlar yaratmır, həm də faciələrə yol açır. Hər halda «AzPolitika.info»-ya daxil olan məlumat bunu söyləməyə əsas verir.

Belə ki, saytımıza verilən məlumata görə, təxminən 2 həftə əvvəl - noyabr ayının 23-də saat 12:45 radələrində Gəncə şəhəri Kəpəz rayon Dövlət Yol Polisi rəisi Şahin Qasımovun oğlu Yavər Qasımov qəza törədib. Hadisə paytaxtın Səbayel rayon Bayıl qəsəbəsi ərazisində, «Azpetrol» yanacaqdolurma məntəqəsinin yaxnlığında baş verib. Məlumata görə, Yavər Qasımovun idarə etdiyi qara rəngli «Mersedes S klass» markalı avtomobil qarşıdan gələn AZ 10-MB-028 dövlət nömrə nişanlı «VAZ 2106» markalı avtomobillə toqquşub. Qəzaya səbəb kimi isə 1990-cı il təvəllüdlü Yavər Qasımovun qadağan olunmasına baxmayaraq, yolun əks istiqamətinə çıxaraq yüksək sürətlə hərəkət etməsi göstərilir.

Məlumatda o da bildirilir ki, Yavər Qasımov içkili olduğundan qəzadan sonra maşını orda qoyaraq, hadisə yerindən uzaqlaşıb. Nəticədə onun vurduğu «VAZ 2106» markalı avtomobilin sürücüsü 1962-ci il təvəllüdlü Elman Mustafayevi vaxtında xəstəxanaya çatdırmaq mümkün olmayıb. Bu isə onun həyatını itirməsinə səbəb olub. Həkimlər Elman Mustafayevin xəstəxanaya gec aparıldığı üçün onu həyata qaytırmağın mümkün olmadığını bildiriblər. 4 gün xəstaxanada koma vəziyətində yatan Elman Mustafayev aldığı bədən xəsarətlərindən dünyasını dəyişib.

Beləcə, yol hərəkət qaydalarının pozulmasının qarşısını almalı olan bir vəzifəli şəxsin oğlu istəməyərək də olsa bir ailəni başsız qoyub.

Faktla bağlı cinayət işi açılıb, istintaq gedir. Nəticəsi haqda ictimaiyyəti də məlumatlandıracağıq.

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc edə bilərik.

Vaqif Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar