Qaranlıqdan qaranlığa

El məsələləri, atalar sözü, aforizmlər bizim məmləkətdə özünü doğrultmadıqca iki şey haqda düşünməli olursan. Ya məsələlər yerində deyil, ya da biz bu məsələlərə düzgün riayət etmirik. Misal üşün hər “tənəzzülün bir tərəqqisi var”,” hər şərdə bir xeyir va”, “hər qaranlığın aydın sabahı var” kimi deyimlər bizdə hələ ki özünü doğrultmur. Elə, daim tənəzzüldən tənəzzülə, şərdən şərə, qaranlıqdan qaranlığa yol tutub gedirik.

Tərrəqqi yolu, dəyərlərə dəyər verildiyi Qərbdədir, bizim üzümüzü dəyərlərin aşılandığı Rusiyaya döndərmək istəyirlər. Şər içimizdə, sıramızdadır, biz ümidimizi Kəbə evində simvollaşan şeytana daş atmağa bağlamışıq. Düşdüyümüz qaranlıq labrint də bizi fırladıb yenidən qaranlıqlara sürükləyir. Demək, ilahi mahiyyət daşıyan bu məsələlər özlüyündə insandan aydın və məqsədyönlü fəaliyyət tələb edir. Aydın məqsəd, məqsədə çatma yolunda ardıcıl mübarizə aparmırsansa deməli, ilahi dəyişilmələrin nəticəsi olaraq ortaya çıxan tərəqqidə sənin payın yoxdur. Şərdən xeyrə gedən yol bir yoldur qoyulub və sən bu yolu getsən də, getməsən də hər şeyin yaradıcısı bu yolun sonu haqda qərarını əvvəldən vermiş. Aydın sabahlar da bizim yatıb duranda hazıra nazir olduğumuz sabahlar anlamına gəlməməlidir.

Bizim üçün tələb olunan bir iş var. Allahın insanlıq adına görəvləndirdiyi vəzifələri ləyaqətlə yerinə yetirmək. Allah insanı hürr yaradıb, ona seçmək, seçilmək şansı verib. Bizim bütün bəlalarımız xoş ya zor olaraq seçmək, seçilmək şansımızı əldən verməyimiz və ya bu ilahi nəsibə sahib durmamağımızla bağlıdır. Deyəcəklər ki, avtoritar hakimiyyətlər, eləcə də bizim hakimiyyət millətə seçim haqqı tanımır. Bu cür deyənlərə deyəcəyik ki, millətə seçim haqqını Tanrı verib və sadəcə olaraq bu haqqa sahib durmaq lazımdır.

Zalım öz qidasını məzlumdan alar. Nə qədər ki, sən zalımdan qurtulmaq haqda düşünməyəcəksən, haqqını yeyənlərə haqq verəcəksən, müqavimətsiz və itaətkar olacaqsan zalım da o qədər səni istismarda bulunacaq. Zalıma, millətini haq yoldan sapdıran dövlət başçısına təpki verməyin, dirəniş göstərməyin bariz nümunəsi Ukraynada yaşanan milli etirazlardır. Millət ayağa qalxır və onu bütün parametrləri ilə Avropa evindən geri qalan Rusiya sisteminə soxmaq istəyən avtoritar Yanukoviç rejiminə ciddi etiraz edir.

Millət görür ki, onun tərəqqisi, şər Rusiyasından qurtulması, qaranlıqdan aydın sabaha gedeən yolu Avropaya inteqrasiyadan keçir. Nə Rusiya təhdidi, nə rusbaşlı Yanukoviç yönətiminin zorakı hərəkətləri ukraynalıları ali istəklərindən geri durdura bilmir. Prosesin qaçılmaz olduğunu dərk edən mövcud hakmiyyət geri çəkilməyə, xalq iradəsi ilə hesablaşmağa məcbur olur. Bu bir daha o anlama gəlir ki, azadlıq verilmir, alınır.

Bəs bizim Azərbaycan camiəsində vəziyyət necədir. Başda oturan başsızlar millətin tərəqqisi yolunda addımlar atmaq istəyirlərmi? İstəmiyənlərə qarşı milli dirəniş varmı? Milli dirəniş göstərmək istəyən xalqın təşkilatı güc olaraq ortaya çıxması üçün səy göstərən siyasi qüvvələr varmı? Milləti, millət önündə getmək istəyənləri suçlamaq fikrindən çox uzağıq. Amma, toplumun nəinki Avropa evinə inteqrasiyaya əngəllər yaradan hakmiyyətə qarşı müqavimət göstərməməsinin, hətta, onun gündəlik sosial həyatını katostrafik həddə gətirən qiymət artımına sükutla reaksiya verməsinin səbəbləri haqda hər kəs düşünməlidir.

Millətimiz, “hər qaranlığın aydın sabahı var” məsəlinə arxayın düşüb səhər durdu ki, hakmiyyətin qiymət artımı siyasəti ilə yenidən qaranlıqlara düçar olub. İqtisadi inkişafdan, tərəqqidən ağız dolusu danışan hakimiyyət rəsmiləri yaranmış iqtisadi böhranın qarşısını almağın, dövlət büdcəsində əmələ gələn kəsirlərin yerini doldurmağın bir yolunu da xalqı daha ağır şərtlər daxilində yaşamağa sürükləyən qiymət artımı siyasətində tapdılar. Qıpqırmızıca da dirəşənlər var ki, bu artım zəruridir və heç bir milli fəsad verə bilməz. Bunun hakimiyyətin açıq müdafiəçisi rolunda çıxış edən S.Novruzov dilindən eşidilməsi müxalif düşüncədə olanları təəccübləndirmir. Amma, qiymət artımına, tam əksəriyyəti qaçqın didərgin həyatı yaşayan, çadırlarda, vaqonlar altında misgin və ehtiyac içində yaşamağa məcbur olan Qarabağ elinin soydaşıyıcısı olan deputat A.Abbas dilindən bəraət qazandırılması, zatən başa düşülən deyil.

Biz digər millətlərin sosial-iqtisadi, siyasi azadlıqlar uğrunda mübarizədə həmrəylik göstərməsinin hər addımda canlı şahidi oluruq. Ukraynada, Gürcüstanda, bəyənmədiyimiz Ermənistanda, ərəb ölkələrində nazirlərin, məmurların, millətin seçkinlərinin istənilən taleyüklü məsələdə millətin yanında olduğunu gördüyümüz halda, bizdə bu kateqoriyadan olan şəxsləri hakimiyyətin istənilən antixalq siyasətinin dəstəkçisi rolunda gördük.

Bir qrup siyasilər siyai təşkilatlrın sosal narazılıqlara müdaxiləsini həmin təşkilatların öz vəzifələrindən kənarlaşması kimi dəyərləndir və bu məsələlərdə xalqın və həmkarların fallığaına üstünlük verirlər. Biz o, fikirlə tam razıyıq ki, sosial məsələlərdə xalq özü aktivlik göstərməli, həmkarlar ittifaqları xalqı səfərbər etməlidir. Normalda belədir və bu fakt yalnız normanın gözlənildiyi cəmiyyətlərdə baş verə bilər. Amma gəlin görək, siyasi dəstək olmadan, siyasi qüvvələrin həmrəyliyni əldə etmədən heydən salınmış xalqla, nüfuzunu itirən, hakimiyyətin bir stukturuna çevrilən və işi-gücü müalicə-istirahət yerlərinə “putyovka” verməkdən ibarət olan həmkarlar ittifaqı ilə, qanun-qayda bilməyən, normaları pozan, əsas üsulu qatı zorakılığa söykənən bir hakimiyyətin öhdəsindən gəlmək nə dərəcədə mümkündür.

Fikrimizcə yeganə düzgün yol təşkilatından, qrup mənsubiyyətindən, irqi cinsi ayrılığından asılı olmayaraq bir araya gəlmək, ölkədə yaşanan zülmə, zülmkarlığa son qoymaq və tənəzzüldən tərəqqiyə, şərdən xeyrə, qaranlıqlardan aydın sabahlara yol tutmaq.(azadliq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar