SANKSİYALAR PUTİNİN PLANLARINI MƏHV ETDİ – Rusiya tam çöküşün astanasında

“İqtisadi sanksiyalar burulğanı Rusiyanın vəziyyətini elə kəskin şəkildə pisləşdirir ki, artıq bundan Putinin, nə qədər arzulasa belə, hansısa ölkəyə təcavüz etmək imkanı olmayacaq”. Bu fikir “The Wall Street Journal”da dərc olunan “Maliyyə bazarları Putinin öhdəsindən silahsız da gələ bilər” başlıqlı məqalədə əksini tapıb. “AzPolitika.info”nun məlumatına görə, məqalədə bildirir ki, saksiyalar Putinin bütün plalarını məhv edib: “Avropa Birliyi Moskvaya qarşı tətbiq etdiyi sanksiyalraı sərtləşdirməkdə davam edərsə və bununla paralel təbii iqtisadi proseslərin Rusiyanı tam bərbad hala salmasına mane olmazsa, onda həm Ukraynadakı münaqişə tezlikiklə sona çatacaq, həm də Pribaltika ölkələri üçün yaranmış təhlükələr sovuşacaq. Qərbin tətbiq etdiyi sanksiyaları nəticəsində Rusiya iqtisadiyyatına dəyən ziyan hələ indi özünü ciddi şəkildə büruzə verməyə başlayıb. Artıq Rusiya prezidenti Putinin Qərbin, dünyanın inkişaf etmiş ölkələrinin ona qarşı təzyiqlərini heçə sayması mümükün olmayacaq. Çünki müasir dünyada maliyyə bazarının imkan və təsirləri siyasətdən, hərbi qüvvələrdən və diplomatiyadan xeyli güclüdür”.

Məqalədə daha sonra Rusiya iqtisadiyyatı sanksiyalara davam gətirmək qüdtətində olmadığı qeyd edilir: “Rusiya üzrə ekspertlər qeyd edirlər ki, Putinin hələ də reytinqinin yüksək olmasının əsas səbəblərindən biri rus xalqının əzablı və çətin günlərə dözmək bacarığından irəli gəlir. Lakin bütün bunlara baxmayaraq, Rusiya Şimali Koreya deyil. Rusiya qlobal maliyyə sisteminin hətərəfli iştirakşısıdır və onun valyutası, qiymətli kağızları dünya fond birjalarında dönərlidir. Eyni zamanda Rusiya şirkətləri xaricdən kredit götürə bilirlər.

Rusiya iqtisadiyyatı sanksiyalardan əvvəl belə öz möhkəmliyi və sağlamlığı ilə seçilmirdi. Onun Ümumi Daxili Məhsulunun həcmi də böyük ölkə üçün aşağı həddədir. Təxminən İtalyanın Ümumi Daxili Məhsulu ilə eyni səviyyədədir. Hazırda Rusiyada çox ciddi demoqrafik problem yaşandığından ölkənin əhalisi də artmır. Korrupsiya isə çarlıq edir.

Neft sənayesində də vəziyyət qətiyyən ürəkaçan deyil. Neft quyularında işlədilən texnika köhnəldiyindən, onların daha müasirləri ilə əvəzlənməsi və həmçinin yeni quyuların işlənməsi üçün geniş kapital qoyuluşu həyata keçirilməlidir. Ancaq bu sahə üçün cox vacib olan kapitalı ortaya qoyacaq mənbə yoxdur.

Belə ki, maliyyə baxımından Rusiya valyuta ehtiyatının likvidliyi(axıcılığı) heç də böyük deyil. ABŞ-ın “Peterson Dünya İqtisadiyyatı İnstitutu”nun hesablamalarına görə, keçən ilin dekabrında rublun gücləndirilməsi üçün 33 milyard dollar xərcləyən Rusiyanın əlində cəmi 200 milyard dollarlıq valyuta ehtiyatı qalıb. Hansı ki, bu ehtiyat da sürətlə əriyir...

Rusiya iqtisadiyyatının sadalanan son aylardakı itkilərindən başqa, yaranmış mövcud mürəkkəb vəziyyət bu ölkəyə kapital yatırlmaq istəyən xarici şirkətləri də çəkindirir. Onlar risk etmək istəmirlər. Elə buna görə də artıq bir ildir Rusiyaya yatırılan birbaşa xarici sərmayələrin ümumi həcmi demək olar ki, sıfırdır”.

Məqalənin sonunda sanksiyalar daha da genişləndirməklə Rusiyanı qısa müddətdə çökdürməyin mümkünlüyü vurgulanır: “ Sanksiyalar istənilən hərbi iştirakdan üstündür. Çünki hərbi güc tətbiqindən fərqli olaraq, sanksiyalara Rusiyanın əks cavab vermək imkanı və vasitəsi yoxdur. Putin sanksiyaları tətbiq edənlərə hər hansı şəkildə cavan verməkdə də açizdir. Ona görə də Avropa Birliyi və ABŞ –ın növbəti addımı, Qərb sərmayəçilərinə Rusiya istiqrazlarını saxlamağı qadağan etmək olmalıdır . Daha sonra isə Rusiya beynəlxalq ödəmə sistemi SWİFT-dən uzaqlaşdırılmalıdır”.

Vaqif Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar