Bakcell milyonları necə oğurlayır

Mobil şirkət 1 tarif paketinin maxinasiyasından ayda 10 milyon qazanır

Son vaxtlar müxtəlif KİV-də yeni ildən kommunal xidmət haqlarının artırılacağı haqda yazılar getməkdədir. Adətən belə yazılar sonda Tarif Şurasının bu barədə verdiyi açıqlamalarla bitir. Bu da təbiidir. Ölkədə tarif qiymətlərinin müəyyənləşdirilməsi Tarif Şurasının səlahiyyətindədir. Ölkədə çox bahalı və şişirdilmiş tarif qiymətlərinin olduğu bir çox sahələr vardır. Çox bahalı və şişirdilmiş tarif qiymətlərinin mövcud olduğu sahələrdən birinin (bəlkə də birincisinin) mobil operator şirkətlərinin: Azərcell. Bakcell və NarMobili şirkətlərinin olduğu heç kimə sirr deyildir. Xüsusən, Azərcell şirkətinin soyğunçu qiymət tarifləri, istehlakçıları aldadan reklamlardan gen-bol istifadə edilməsi və bununla da, Azərbaycanda qüvvədə olan qanunların kobud surətdə pozulması barədə çox yazılıb.

Tia.az-ın bu günki yazısı digər soyğunçu operator olan Bakcell şirkəti haqqındadır. Etiraf edək ki, mobil rabitə danışıq qiymətlərində Bakcell Azərcelldən xeyli insaflıdır. Ancaq internet tariflərindəBakcell Azərcelldən heç də geri qalmır. Ən pisi isə odur ki, Bakcell öz reklamlarında vəd etdiyi yüksək sürətli interneti istehlakçıya verə bilmir. Bakcellin reklamına bir daha diqqət yetirək: “Sür@ İnternet paketləri; Sür@ – hədləri aşan İnternet; Sür@ – gücdür! Sür@ – dinamikadır; Sür@ – enerjidir; Hamı Sür@-li olmağı xoşlayır. Elə bir insan tapılmaz ki, Sür@-i sevməsin. İnternetdə videoları tutulmadan izləmək, lazımi faylları vaxt itirmədən yükləmək, sosial şəbəkələrdə daim ünsiyyətdə olmaq Sür@-lə daha sərfəlidir.”

Belə cəlbedici reklamdan sonra Bakcell 3 növ tarif paketi təklif edir: 1. Gündəlik İnternet 2. Trafikli paketlər 3. Limitsiz İnternet. Trafikli paketlər 30 gün müddətində istifadə edilir. MB-ın həcmindən asılı olaraq qiymətlər 1AzN-dən 4 AzN-ə qədər dəyişir. Yəni: 1 manata-40 MB, 2 manata-120 MB, 3 manata- 360 MB və 4 manata 600 MB internet təklif edilir. Ən maraqlısı (daha doğrusu soyğunçuluq) bundan sonra başlayır. Bakcell öz reklamında və özünün bakcell.com saytında bildirir ki: Trafik bitdikdən sonra İnternetdən istifadə dayandırılmayacaq və qoşulduğunuz tarif planına əsasən müvafiq məbləğ balansınızda qalan vəsaitdən çıxılacaq. Əsl həngamə də bundan sonra başlayır.

Mən oktyabrın 24-də telefonuma 2 AzN dəyərində 120 MB yüklədim. Reklamda bizə hətta filmə, videoya baxmaq imkanı vəd edilməsinə baxmayaraq adi facebook səhifəsinə girmək özü problemə çevrilirdi. Buna görə də ay ərzində üst-üstə 40-50 dəqiqə internetə girməyə və istifadəyə cəhd etdim. Noyabrın 23-də Bakcelldən mesaj aldım ki, artıq mənim vaxtım bitib və bundan sonra internetdən istifadəm: “ödəniş GPRS xidmətinin adı tarif planına əsasən həyata keçiriləcək.” Bu mesajdan 1 saat sonra isə məlum oldu ki, mənim balansımda cəmi 1 qəpik pulum qalıb. Hansı ki, mesajı aldıqda balansımda 1 manat 86 qəpik pulum var idi. Bu müddətdə yalnız 1 dəfə zəng etmişdim. Təxminən 45-50 saniyə davam edən danışığıma görə 2 qəpik hesabımdan silinmişdi. Səhəri gün ehtiyatla balansıma 1 manat yüklədim. Yenə də, heç bir danışıq etmədən balansım 1 qəpiyə düşdü. Bundan sonra balansımı ailə üzvlərimin “İANƏSİ” hesabına hər dəfə 20 qəpik olmaqla artırırdım. Bakcell bu “İANƏLƏRƏ” toxunmadı. Bir dəfə səhər “ianəni” 40 qəpik etdim. İlk 22 saniyəlik ( yəni 1 qəpik dəyərində ) zəngi başa vuran kimi balansım anındaca yenə 1 qəpiyə düşdü. Qısası 5 gün müddətində balansımdan (daha doğrusu cibimdən) 3 AzN-dən artıq pul çırpışdırıldı. Əgər Bakcellin dediyinə və yazdığına inansa idik, məndən 2 Azn silinən kimi, mən yenə də 30 gün müddətinə 120 MB internet paketi əldə etməli idim.

Reallıqda isə bütün bunlar baş aldatmaqdan (soyğunçuluğu pərdələyən söz yığınından0başqa bir şey deyilmiş. Hər gün 1000-lərlə, on 1000-lərlə Bakcell abonenti olan vətəndaşlarımız bax beləcə günün günorta vaxtı soyğunçuluğa məruz qalırlar. Nəzərə alsaq ki, Bakcell abonentlərinin sayı milyonlarla ölçülür, onda oğurlanan pulların fantastik məbləği barədə təsəvvür yaranar.

Balaca bir hesablama kifayət edər ki, real olaraq oğurlanmış milyonlarla manat təsəvvür edilsin. Hər gün cəmi 30000 nəfər bu tələyə düşüb, 1 manat itirsə bu ay ərzində 900 min manat, il ərzində isə 10 milyon 950 min manat, yaxud 14 milyon ABŞ dolları edər. Biz yalnız 1 tarif paketinin qiymətlərini təhlil etdik. Digər 2 tarif paketini də bura əlavə etsək aldığımız 4əqəmi 2-3 dəfə artırmalı olacağıq. Maraqlıdır Bakcellin, Azərcellin bu özbaşınalığına kimlər və nəyin xatirinə göz yumurlar?

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar