Cəmil Həsənli Sülhəddin Əkbərlə görüşdü

Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli bu gün səhər Açıq Cəmiyyət Partiyasının müvəqqəti qərargahına gələrək partiya fəalları və funksionerləri ilə görüşüb.

Teleqraf.com-un məlumatına görə, görüşdə əsasən prezident seçkiləri və Milli Şurada effektiv fəaliyyət və digər məsələlər müzakirə edilib.

Hazırda isə Cəmil Həsənli ACP sədri Sülhəddin Əkbərlə təkbətək görüş keçirilir. Görüşdə hansı məsələlərin müzakirə olunduğu dəqiq bilinməsə də, çox güman ki, əsasən partiyanın vahid namizədə dəstək verməsi məsələləri haqda fikir mübadiləsi aparılır.(teleqraf.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar