Elçin Quliyev İstanbulda Əbru Gündəş və Dubay şeyxi ilə at yarışdırır

Dövlət Sərhd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general Elçin Quliyevin rəhbərlik etdiyi Azərbaycan Atçılıq Federasiyası Türkiyə Jokey Klubu tərəfindən təşkil edilmiş at yarışı festivalına iki at göndərib.

Virtualaz.org türk mənbələrinə istinadən xəbər verir ki, festivalda Dubay şeyxi Mohammed bin Rəşid əl-Məktumun “Quick Wit” və “Lost in The Moment”, türkiyəli müğənni Əbru Gündəşə məxsus “Duty Free”, Azərbaycan Dövlət Atçılıq Federasiyasına məxsus “Xanım qız” və “Red Fighter”, iş adamı Talip Öztürkə məxsus “Talip Xan” və “Tapit Girl”, Əbru Gündəşin milliyyətcə azərbaycanlı olan milyarder əri Rza Zərraba məxsus “El Ganador” atları ən çox diqqəti cəlb edən atlardır.

Festivalın açılışında pop-ulduzların iştirakı ilə konsert olub və konsertdə məşhur repçi Flo Rida oxuyub. At yarışı İstanbulun Veliefendi hippodromunda keçirilir. Türkiyə Jokey Klubunun builki yarışlar üçün təyin etdiyi mükafatların ümumi məbləği 1,7 milyon avroya yaxındır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar