YAP-çı deputat xalqla məzələndi - “Qiymət artımı tıxacları azaldacaq”

"Populist addımlarla ölkə iqtisadiyyatını inkişaf etdirmək mümkün deyil." “Qafqazinfo” xəbər verir ki, bunu SalamNews-a müsahibəsində Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib. Qiymət artımına haqq qazandıran deputat deyib ki, 2007-ci ildən bu yana dünyada bütün sahələr üzrə, xüsusilə enerji sahəsində qiymət artımı müşahidə edilib. Azərbaycanda isə qiymət dəyişməyib, sabit qalıb: “Bunun nəticəsində iqtisadiyyatda dirçəliş olub. İndi Azərbaycanda neftən gələn gəlirlərin əksəriyyəti sosial məsələlərin həllinə yönəldilir. Bu gün qiymətlərin süni şəkildə artırılması tendensiyası yaranıb. Amma Tarif Şurasının qərarında yazılıb ki, qiymətləri suni surətdə artıran adamlara qarşı cəza tədbirləri görüləcək. Əlbəttə, bu işlə məşğul olan insanlar süni qiymət artımının qarşısını almalıdırlar”.

H.Rəcəbli onu da deyib ki, indi ölkədə xeyli sayda bahalı maşın sürənlər var. Onun sözlərinə görə, belə avtomobillərini idarə edən adamların imkanları çatır ki, “istənilən qiymətə” yanacaq alsın :”Əsasən, bu qrupdan olan insanlar üçün yanacağın qiymətinin bahalaşması lazımdır. Digər tərəfdən, bəzi insanlar səbəbsiz, məqsədsiz yerə maşınları küçələrdə sürürlər. Bu da tıxalcların yaranmasına gətirib çıxarır. Hesab edirəm ki, yanacağın qiymətinin artması bunun qabağını qismən alacaq. Eyni zamanda israfçılığın qarşısını alacaq. İnsanlar yanacağı qənaətlə işlətməlidirlər. Bütövlükdə yanacağın qiymətinin qalxmasının sosial məsələlərə, o cümlədən xalqın rifahına mənfi təsirini görməmişəm. Qiymət artımından gələn gəlirlər insanların əmək haqqının artırılmasına və digər sosial məsələlərə yönəldiləcək”.

Deputata görə vaxtilə Yunanıstanda hökumət tərəfindən insanların xeyrinə populist addımlar atılması ucbatından indi bu ölkənin ÜDM-dən 3 dəfə çox, yəni 80 milyard avro borcu var. Populist addımlarla ölkə iqtisadiyyatını inkişaf etdirmək mümkün deyil: “Bu addımlar 5 gün insanların xoşuna gələ bilər, amma gerçəklikdə çox problem yaradır. Ona görə də Azərbaycan hökumətinin bu addımının bütövlükdə əhalinin güzəranına mənfi təsiri yoxdur”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar