Bu gün Kiyevdə böyük etiraz aksiyası gözlənir

Bazar günü Ukrayna paytaxtında daha bir böyük etiraz aksiyası gözlənir. Müxalifət əhalini Prezident Viktor Yanukovicin Avropa Birliyi ilə daha yaxın münasibətləri ertələmək qərarına etiraz bildirməyə çağırır.

Ötən bazar oxşar aksiyaya 300.000 etirazçı qatılıb. Bu, 2004-cü ilin narıncı inqilabından bəri Ukraynada ən böyük nümayiş olub.

Şənbə günü Gürcüstanın keçmiş prezidenti Mixail Sakaşvili Kiyevdə 20.000-dək etirazçı qarşısında çıxış edib. Onları ölkəni Avropaya daha da yaxınlaşdırmaq üçün nümayişləri davam etdirməyə səsləyib.

Rəsmi Moskva və Kiyev Yanukovic və Rusiya prezidentin Vladimir Putinin ötən cümə Ukraynanın Gömrük İttifaqına qoşulmasını müzakirə etdiyini yalanlayıb. Putinin sözçüsü deyib ki, prezidentlər “enerji sahəsində əməkdaşlığı” müzakirə edib.

Müxalifət lideri Arseniy Yatsenyuk isə Gömrük İttifaqını “Sovet İttifaqının yeni versiyası” adlandırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar