ELNUR "O SƏS TÜRKİYƏ"nin QALİBİ OLDU -VİDEOLAR -Fotolar

O, finalda məşhur "O sole milo" mahnısını ifa edib

“O səs Türkiyə” müsabiqəsinin finalının nəticəsi açıqlanıb. Azərbaycanlı müğənni Elnur Hüseynov səslərin böyük hisəsini alaraq “O səs Türkiyə” müsabiqəsinin QALİBİ olub. "AzPolitika.info"-nun məlumatına görə, Elnur Hüseynov onu qalib etdiyi üçün bütün türk xalqına minnətdarlıq edib.

Qeyd edək ki, səsi ilə hər kəsi heyran qoyan Elnurun Türkiyənin ən böyük musiqi yarışmasının qalıbi olması türk xalqının nə qədər obyektiv olduğunu göstərməklə yanaşı, Azərbaycan tüklərini özlərindən ayırmadıqlarını bir daha nümayış etdirir. Buna görə həm Elnura, həm də bütün Türkiyəyə təşəkkürlər!

Yeri gəlmişkən,Türkiyənin tanınmış musiqiçiləri də Elnura dəstək verib. “O Səs Türkiyə” musiqi yarışmasının qalbi müəyyənləşən anlarda Türkiyənın tanınmış müğənnisi Demet Akalın rəsmi Tvitter hesabından hər kəsi şok edən tvit paylaşıb. Müğənni Azərbaycandan olan Elnur Hüseynovun qalib gələcəyi təqdirdə, pijamalarla evdən birbaş canlı yayıma gələ biləcəyinə işarə edib: "Ayyy bu Elnur kazanirsa studyoyuu basmaya....pijamalarla gitmeyen ne olsun".

Qeyd edək ki, “O səs Türkiyə” müsabiqəsinin finalında Elnur Hüseynov məşhur "O sole milo" mahnısını oxuyub.Elnur mahnını ifa etdikdən sonra tamaşaçılar onun səhnəni tərk etməməsini istəyib. "Bir daha, bir daha", deyə qışqıran tamaşaçılar ondan mahnını yenidən ifa etməsini tələb ediblər. Daha sonra E.Hüseynov ilk mərhələdə oxuduğu Sertab Erenerin "Aşk" mahnısını bir daha ifa edib.

Xatırladaq ki, “TV8” kanalında yayımlanan Acun İlıcalının aparıcısı olduğu səs yarışmasının münsiflər heyətində müğənnilər Ebru Gündeş, Hadisə, Mazhar-Özkan cütlüyü və Gökhan Özoğuz yer alıblar.

Qeyd edək ki, müsabiqədə Elnurla bir maraqlı hadisə də baş verib. Belə ki, iştirakçılar mahnılarını ifa etdikdən sonra aparıcı Acun İlıcalı Elnuru səhnəyə dəvət etməyi unutdu. Bu zaman müğənni Hadisə Acuna Elnurun hələ mahnını ifa etmədiyini xatırladıb. Elnuru səhnəyə çağıran Acundan ondan üzr istəyib.

Xatırladaq ki, Elnur Hüseynov “Eurovision 2008”də Samir Cavadzadə ilə Azərbaycanı təmsil etmiş ifaçıdır.

Azpolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar