“Novruz bayramı ərəfəsində əfv olacaq”

“Novruz bayramı münasibətilə prezidentin əfv sərəncamı imzalayacağı gözlənilir. Ümid edirik ki, bu il də ölkə başçısı humanistlik nümayiş etdirərək bir çox ailələrə sevinc bəxş edəcək”. Bunu modern.az-a Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, deputat Bəxtiyar Əliyev deyib.

O qeyd edib ki, Əfv Komissiyası hər zaman işləyir, mütəmadi olaraq ərizələr daxil olur: “İşçi qrup lazımi sənədləri toplayır və topladıqca komissiya üzvlərinə təqdim edir. Üzvlər də daxil olan ərizələri komissiya üzvlərinə təqdim edir. İşlər yekunlaşdıqdan sonra komissiya üzvləri öz fikrini formalaşdıraraq qərar qəbul edir, təkliflərimiz dövlət başçısına təqdim olunur. Əfv bilavasitə prezidentin səlahiyyətində olan məsələdir. Komissiya, sadəcə olaraq işçi qurum kimi müraciətləri araşdırıb rəyini dövlət başçısına təqdim edir”.

Hüquq müdafiəçisi Səidə Qocamanlı da saytımıza açıqlamasında Novruz bayramı ərəfəsində əfv sərəncamı veriləcəyinə ümid edir:

“İşçi qrupu bu ay yığışacaq. Çünki hər il mütəmadi olaraq Novruz bayramı ərəfəsində cənab prezident tərəfindən əfv sərəncamı imzalanır. İnanırıq ki, bu Novruda da bir çox ailələri sevindirəcəyik”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar