GENERALIN ÖLÜMÜ, İŞ ADAMININ HƏBSİ, RƏİSİN ZƏHƏRLƏMƏSİ... - Aslanovla bağlı ŞOK MƏKTUB

“Mənə o qədər işgəncə verilmişdi, həbsdən çıxandan sonra 1 il uşaqlarımı tanımadım, yaddaşım silinmişdi”

“Lamiyə işi” ilə bağlı Şəmkirdə araşdırma aparan "Yeni Müsavat"ın müxbirlərimiz öyrənib ki, Şəmkirin sabiq icra başçısı Aslan Aslanov övladının öldürülməsini iş adamı Elpərəst Həsənlinin sifarişi kimi təqdim etməyə çalışıb. Bunu Ruslanı öldürən Lamiyə Quliyevanın qohumu Fariz Yusibov da müsahibəsində deyib. F.Yusibova həbsdə təklif olunub ki, “Xəlil Həsənli” firmasının rəhbəri olan E.Həsənlinin üzünə dursun və azadlığa çıxsın. Ancaq Lamiyənin xalası oğlu bunu etməyib. Şəmkirdə olarkən E.Həsənli ilə görüşmək istəyimiz baş tutmadı.

E.Həsənlinin həbsdən sonra səhhəti yaxşı olmadığı, danışa bilmədiyi, sinir sistemlərinin pozulduğu, ayağından əməliyyat edildiyi deyilib. Amma onun prezident İlham Əliyevə başına gələn müsibətlərlə bağlı yazdığı məktubu əldə edə olunb. Onun məktubundakı ilginc məqamları dərc edirik.

“Aslanov qardaşımı və oğlumu tutdurdu”

E.Həsənli məktubunda yazıb ki, Şəmkirdə 1998-ci ildə Mərkəzi Kolxoz Bazarını özəlləşdirib. Özəlləşdirmədə icra başçısı A.Aslanovun razılıq məktubu olub və Dövlət Əmlak Komitəsi tərəfindən sənədləşdirilib. Daha sonra şəhadətnamə və texniki pasport əsasında Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilib. Sahibkarın sözlərinə görə, dövlətə 3 il ərzində keçiriləcək pul 4 ayda ödənilib: “Torpaq o vaxt satışa verilmədiyinə görə, dedilər 1 il icarəyə götürün, sonra özəlləşdirərsiniz. Sonradan Aslanov mərhum Heydər Əliyevin fərmanına məhəl qoymadı. Daxili sərəncamla 2 hektar 23 sot torpağın 1 hektar 1,5 sotunu bələdiyyəyə verdi. Sonra bazarın yarısını zorla bağladıb yaxın adamlarına verdi, onlarla şərik oldu. Bu şəxslər tərəfindən dövlətə heç bir vergi ödənilməyib”.

Sahibkar yazır ki, Aslanovun öznbaşına addımını 1 saylı İqtisad Məhkəməsi ləğv edib: “Amma Şəmkir rayon torpaq şöbəsi ilə Torpaq Komitəsinin sədri Aslanova saxta torpaq aktı verdi. Yenidən məhkəməyə üz tutdum, akt dərhal ləğv edildi. Lakin ədliyyə polisinə gedən sənədə icra başçısı məhəl qoymadı. Aslanov rayon polisi və hərbi polislə birgə bazarı zor gücünə tamamilə bağlatdırdı. Məhkəmə işə baxmaqdan çəkindi. Aslanovun hegemonluğu o dərəcəyə çatmışdı ki, heç bir günahı olmayan qardaşımı qanunsuz olaraq evdən çağırtdırıb, 10 sutka həbs cəzası verdirdi”.

Ancaq Aslanovun ürəyi soyumayıb. Onun əsgər oğlu Xəlili gecə saat 3 radələrində hərbi polis əməkdaşları hərbi hissədən çıxarıblar: “Polislər hərbi hissəyə gələrkən mənə zəng vurdular. Hərbi hissəyə gəlib, onların kimliyini soruşub sənəd tələb etdim. Dedilər ki, bu, yuxarı dairələrin sifarişidir. Bizi yuxudan oyadıb, əmr veriblər ki, bu uşağı təcili gətirməlisiniz. Oğlumu aparıb, 10 sutka cəza verdilər. Mən mətbuat konfransı keçirəcəyimi bildirdikdən sonra 4-cü sutkada oğlumu azad etdilər.

Oğluma hərbi hissədən guya 4 dəfə icazəsiz getməsi barədə saxta sənədlər tərtib ediblər. Əgər oğlum icazəsiz getmişdısə, bəs onda nəyə görə o zanman onlar prokurorluğa raport yazıb verməmişdilər? Mən hərbi hissə və bölük komandirlərindən bu barədə soruşanda, hərbi hissə komandiri Təbriz dedi ki, bizi məcbur ediblər, Aslanovun sifarişidir".

“Həbsdə çəkiclə başıma vurulub, ayağım deşilib”

E.Həsənli bidlrir ki, o zaman Şəmkir Rayon Polis Şöbəsinin rəisi olan A.Göyüşov altı müavini və 30-40 nəfər polis işçiləri ilə birlikdə bazardakı piştaxtaların 15-ni dağıdıb və bazarın arxa tərəfindəki dağın dibınə töküblər: “1994-cü ildə həmin bu şəxslər mənim şəxsi vəsaitim hesabına tikdirdiyim ”Ana Şəmkir" kafesini bütün avadanlığı ilə birlikdə yağlı benzinlə Aslanovun göstərişi ilə yandırıblar"...

İş adamı ilə icra başçısının çəkişməsi sonda birincinin həbsi ilə nəticələnib. 2005-ci ildə A.Aslanov E.Həsənlini ona böhtan atmaqda ittiham edərək tutdurub. Belə ki, həmin dövrdə Şəmkir N saylı hərbi hissənin komandiri, general Fikrət

Məmmədovun ölümündə Aslanovun barmağının olduğu iddiaları səslənib. Əslən Lənkərandan olan F.Məmmədov yol qəzasında həlak olub.

İddia olunur ki, onun karyera yüksəlişi A.Aslanovun kirvəsi olan o dövrkü müdafiə naziri Səfər Əbiyevi narahat etməyə başlayıbmış. Ölümündən əvvəl F.Məmmədovun müdafiə naziri təyinatı barədə müzakirələr gedibmiş. Qəzanın sui-qəsd olduğu barədə iddialar iş adamın həbsinə gətirib çıxarıb. A.Aslanov onun haqqında böhtan atmaq və rüşvət vermək ittihamı ilə cinayət işi açdırıb.

Rüşvət vermə ittihamında isə qeyd olunub ki, guya əsgərlikdə oğluna görə komandir Təbriz Dadaşova 100 dollar verib. Məhkəmədə prokuror E.Həsənliyə 4 il iş istəsə də, hakim 7 il cəza kəsib.

İş adamı 2, 6 ay sonra prezident tərəfindən əfv edilib: “Bayıl türməsində mənə zəhər verilib, işgəncələr olub, çəkiclə başıma vurulub, ayağım deşilib. Oğlumu da həbs etmək istəyirdilər. Onlar Rusiyaya getdi. Mənə o qədər işgəncə verilmişdi, həbsdən çıxandan sonra 1 il uşaqlarımı tanımadım, yaddaşım silinmişdi. İstintaq təcridxanasının rəisi nəzarətçi Adil vasitəsilə mənə zəhər vermişdi, 17 vərəmli xəstənin yanına salmışdı”. (musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar