Fars rejimi Azərbaycanın qələbəsinə dözə bilmədi – Video

Dünən İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku başa çatıb. Yarışda qalib gələrək, dünya kubokunu başı üzərində qaldıran Azərbaycan yığmasının şərəfinə himnin oxunması və bayrağımızın qaldırılması zaman xoşagəlməz insident baş verib.

Belə ki, Azərbaycanın üçrəngli, aypara və səkkizguşəli ulduzdan ibarət bayrağı təhrif edilmiş formada təqdim olunub – bayrağımızda ulduz səkkizguşəli yox, beşguşəli kimi göstərilib.

Qeyd edək ki, Azərbaycan millisi Tehranda keçirilən yunan-Roma güləşi üzrə dünya kuboku yarışlarında qızıl medal qazanıb.

Azərbaycan yığmasının Rusiya millisi ilə final görüşü 4:4 hesabı ilə başa çatıb. Hesab bərabər olsa da, Azərbaycan güləşçiləri xalların keyfiyyətinə görə (18:17) qələbəyə layiq görülüb.

Beləliklə, yunan-Roma güləşi üzrə milli Azərbaycan komandası tarixi ərzində ilk dəfə dünya kubokuna sahib olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar