Ərəstun Oruclu imza toplaya bilmədi
“Bizim üçün seçki bu mərhələdə bitdi"
“Bizim üçün seçki bu mərhələdə bitdi. Artıq görünür ki, tələb olunan sayda dəstək imzalarını müxtəlif səbəblərdən toplaya bilmədik”. Modern.az xəbər verir ki, bu sözləri “A 13” Hərəkatının prezidentliyə namizədi Ərəstun Oruclu bildirib. O, qeyd edib ki, bununla onların əleyhinə deyilən ittihamlar, böhtanlar da bitdi. “Amma bu gün bu haqda yazıb şayiə yayanlara, qarayaxmalar, böhtanlar tirajlayanlara şərəf vermək istəmirəm. İlk növbədə bizə hərtərəfli dəstək olmuş insanlara ürəkdən təşəkkür edirəm!”, – deyə Ə. Oruclu vurğulayıb.
“A 13” Hərəkatının rəhbərli deyib ki, onlara ən çətin anlarda tribuna vermiş və bu gün gərgin iş şəraitləri üzündən müraciətlərini cavablandıra bilmədikləri bütün media nümayəndələrinə dərin minnətdarlığını bildirir. “Sizinlə əməkdaşlığımız həmişə olduğu kimi davam edəcək. Real həyatda, virtual aləmdə hər gün məni ruhlandıran bütün dostlarım, mənim üçün günlərlə təmənnasız imza toplayan silahdaşlarım və məsləkdaşlarım, nəhayət dəstək imzaları vermiş həmvətənlərim, əvəzsiz dəstəyinizə görə hamınıza "çox sağ olun!" deyir və sizlərə ən xoş arzularımı ünvanlayıram! Sizlərə görə və sizlərlə çiyin-çiyinə mübarizə aparmağa dəyər”.
Qeyd edək ki, prezidentliyə namizədlərin imzatoplama kampaniyası bu gün başa çatır.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.