Polis rəisi iş yerində qumar oynadığı üçün vəzifəsindən çıxarılıb - ÖZƏL

Daxili İşlər Nazirliyinin Qaraşəhərdə yerləşən İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinin rəisi, polis polkovnik-leytenantı Aydın Musayev tutduğu vəzifədən azad olunub. Bu barədə AzPolitika.info-ya daxil olan məlumatda A.Musayevin cəzalandırılmasının ilginc təfərrüatından da söz açılıb.

Məlumata görə, A.Musayev hüquq-mühafizə orqanlarından birinin (Çox böyük ehtimalla DİN-in özünün hansısa idarəsinin) həyata keçirdiyi əməliyyat nəticəsində rəhbərlik etdiyi məntəqədə bir neçə şəxslə qumar oynayarkən yaxalanıb. İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində qumar oynanıldığı haqda əməliyyatçılarda əvvəlcədən məlumat olub. Növbəti belə cəhd zamanı rəis və onun qumarbaz yoldaşları yaxalanıblar.

A.Musayev dərhal işdən və DİN sıralarından azad olunub.

DİN Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov əməkdaşımızın sorğusuna cavab olaraq, A.Musayevin işdən azad olunduğunu təsdiqləyib. Lakin bunun səbəbləri haqda bizə verilən məlumatı təkzib edib:

“Aydın Musayev səhhətində yaranmış problemlə bağlı işdən azad olunması üçün raport yazıb. Yaşı da 50-dən çox olardı. Ona görə də təqaüdə göndərilib.”

DİN rəsmisinin bu təkzibindən sonra yenidən müraciət etdiyimiz mənbə isə A.Musayevin dövlət qurumunda qumar məclisi təşkil etdiyinə görə vəzifəsindən azad olunduğunu israrla təsdiq etdi.

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar