Əsir götürülən 139 ukraynalı hərbçi azad olundu

Donbasda ötən gecə baş tutmuş əsirlərin mübadiləsi zamanı 139 hərbçi 52 separatçı ilə dəyişdirilib. APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bundan əvvəl mübadilənin “35-in 37-yə” formulu üzrə həyata keçirildiyi bildirilirdi.

Ukrayna prezidenti Pyotr Poroşenko “Tvitter” səhifəsində daha 103 hərbçinin 16 əsir götürülmüş separatçı ilə dəyişdirildiyini və ümumilikdə 139 ukraynalı hərbçinin azad olunduğunu bildirib.

Məlumata görə, azad olunmuş hərbçilərdən biri separatçılara qoşulmağa qərar verib, bu səbəbdən mübadilə “36-nın 36-ya” sxemi üzrə keçirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar