Masallıda məşhur mebel fabriki yandı - VİDEO

Yanğın zamanı fabrikə külli miqdarda zərər dəyib

Cənub bölgəsində gücül yanğın hadisəsi qeydə alınıb. Masallı rayonunda yerləşən məşhur mebel firmalarından birinə məxsus fabrikdə güclü yanğın meydana gəlib.

Gecə saatlarında başlayan yanğın daha da şiddətlənməyə başlayıb.

Hadisə baş verən əraziyə FHN-nin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin bütün canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğın anbarda 2000-2500 kv.m sahəni əhatə edib. Hazırda yanğının söndürülməsi və böyüməsinin qarşısını almaq üçün FHN-in yanğınsöndürənləri işləyirlər.

Yanğının nədən baş verdiyi isə hələlik bilinmir. Hadisənin dəqiq baş vermə səbəbi isə araşdırmalardan sonra bəlli olacaq.

Qeyd edək ki, yanğın zamanı fabrikə böyük miqdarda zərərin dəydiyi bildirilir. /"Cenubnews"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar