ATƏT-in Müşahidə Missiyası işğal olunmuş şəhərdə

Separatçılar ATƏT-ə Debalsevoya girməyə icazə verdi

ATƏT-in Müşahidə Missiyası separatçılardan toxunulmazlıq təminatı alaraq işğal olunmuş Debalsevə şəhərinə daxil olub. Anspress-in məlumatına görə, bu barədə "Ria Novosti" agentliyi xəbər yayıb.

“Biz yaraqlılardan təhlükəsizlik barədə təminat aldıq və bu da bizim burada iştirakımızı mümkün etdi”- deyə Xüsusi monitorinq missiyasının mətbuat katibi Maykl Boçurkiv bildirib.

ATƏT nümayəndələrinin sözlərinə görə, missiya hələ də bütün Donbass bölgəsinə giriş icazəsi almayıb.

Qeyd edək ki, bundan əvvəl Ukraynanın baş qərargah nümayəndəsi Vladislav Seleznyev bəyan edib ki, Debaltsevo rayonunda 110 Ukrayna hərbçisi separatçılar tərəfindən əsir götürülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar