Obama yaxın günlərdə silah yardımı ilə bağlı qərar verəcək

PYaxın bir neçə gündə ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi və Kiyevə silah verməyə başlanılması ilə bağlı qəti qərarını verəcək. Musavat.com-un BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə Birləşmiş Ştatların dövlət katibi Con Kerri bəyan edib.

Onun sözlərinə görə, hazırda avropalı müttəfiqlərlə Moskvaya qarşı hansı addımların atılmasının zəruri olmasına dair ciddi müzakirələr aparılır. “Qərar Ukraynanın şərqində separatçıların atəşkəs rejiminə nə dərəcədə əməl eləməsindən asılı olacaq” – deyib Kerri.

Dövlət katibi onu da deyib ki, Almaniya və Fransanın iştirakı ilə əldə olunan atəşkəsə yalnız “bir neçə yerdə əməl olunur”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar