“Berkut” mitinqçilərə divan tutur (VİDEO)

Bu dəqiqələrdə Ukrayna hakimiyyəti müxalifət üzərinə hücuma keçib. Yerli milis dəstələri “Berkut” xüsusi təyinatlıları ilə birlikdə müxalifətçi “Batkıvşina” partiyasının ofisinə hücuma başlayıb.

Virtualaz.org Ukraynanın UNİAN agentliyinə istinadən xəbər verir ki, “Batkıvşina” partiyasının fəalları “Berkut” dəstəsi üzvlərinin avtomatla silahlandığını bildirirlər. Qeyd edək ki, bu partiyanın lideri hazırda həbsdə olan keçmiş baş nazir Yuliya Timoşşenkodur.

Bundan bir müddət öncə isə Daxili Qoşunların və “Berkut”un 1000-dən çox əməkdaşı Qruşşevski küçəsində (Avropa meydanı istiqamətində) qurulan çadır şəhərciyinə sığınmış etirazçıları oradan zorla çıxarmağa başlamışdı. Seqodnya.ru saytının məlumatında deyilirdi ki, Daxili Qoşunların əsgərləri mitinq iştirakçılarının dünən Nazirlər Kabinetinin yaxınlığında qurduğu barrikadaları dağıtmağa başlayıblar. Bu süjet “5-ci kanal”da da göstərilib. DİN birləşmələri nazirlər Kabinetinin ətrafındakı çadır şəhərciyini də mühasirəyə alaraq mitinqçiləri dağıtmağa çalışıblar. Deputat Ruslan Martsinkiva bildirib ki, hökumət qüvvələri dinc mitinqçilərə qarşı sərt davranaraq fiziki güc tətbiq edirlər.

Öz növbəsində rəsmi strukturlar əks məzmunli xəbərlər yayırlar. Məsələn, DİN rəhbərliyi bildirib ki, Müstəqillik müydanına toplaşan mitinqçilər silahlandırılır, onlara hökumət qüvvələrinə müqavimət göstərmək üçün dəyənəklər paylanır. Bu barədə UNİAN məlumat yayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar