"MANAT YIXILIB..." - Elman Rüstəmov -VİDEO

Fevralın 21-i, şənbə günü Mərkəzi Bankın birdən-birə 1 ABŞ dollarının rəsmi məzənnəsini 1.05 AZN, avronunkunu isə 1.1950 AZN səviyyəsinə qaldırması ölkədə əsas müzakirə mövzusu olaraq qalır. Cəmi 3 gün əvvəl AzTV-yə çıxan Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun Azərbaycanda kəskin devalvasiyanın gözlənilmədiyini bəyan etdiyi halda belə bir qərarın verilməsinin səbəbləri rəsmilər tərəfindən açıqlanmır. Ölkədə ciddi bahalaşmaya səbəb olan, əhalinin real gəlirlərini aşağı salan bu qərar ictimaiyyətin birmənalı etirazına səbəb olub. Deputatlar, iqtisadçılar bu qərarın düzgün olmadığını bildirir, Rüstəmovdan izahat tələb edirlər.

Bu qərara etirazını yumorla bildirənlər də var. "AzPolitika.info" saytı belə videolardan birini təqdim edir.

// ]]>

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar