DEVALVASİYA - Ucuzlaşan manata şeir qoşuldu

Manatın ucuzlaşmasına müxtəlif formalarda münasibət bildirilir. Musavat.com xəbər verir ki, Ramiz Qusarçaylının "Devalvasiya" adlı şeiri sosial şəbəkələrdə paylaşılıb. Şeiri musavt.com-a istinadən təqdim edirik:

Rubl kopeek, lira kuruş gətirdi,

Manat cəmi qırx gün duruş gətirdi,

Şahqulu bəy yenə bayquş gətirdi

Milli bankın bağrı deşmə-deşmədi,

Qoyun ili hər qoyuna düşmədi...

Bu bazarda tərəzi nə, mizan nə,-

Pul yiyəsi, pulsuzlarla məzən nə?!

Məzən olsun ay baməzə məzənnə

Dollara bax, bığı eşmə-eşmədi

Qoyun ili hər qoyuna düşmədi...

Valyutanın həmləsinə bankı mat,

Təmtərağı, top-tüfəngi, tankı mat,

Baxıb bic-bic hırıldayır bankomat

Bu islahat göy qazanda bişmədi

Qoyun ili hər qoyuna düşmədi...

Noolsun ki, hər bankda bir qoçu var,

Bu millətin nə günahı, nə suçu var,

Hər keçiddə köç azdıran keçi var,

Bu tələdən kimlər gəlib keçmədi

Qoyun ili hər qoyuna düşmədi...

Ölü doğur qan içində Asiya,

Ölü puldan nələr çəkir Rusiya,

Hələ ad da qoyub: Devalvasiya...

Kim bankirin toyuğuna kiş dedi?!

Qoyun ili hər qoyuna düşmədi...

(Bir qoyunun banka məktubundan)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar